Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da qazılan neft-qaz quyularının sayı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da qazılan neft-qaz quyularının sayı artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da qazılan neft-qaz quyularının ümumi sayı aprelin 22-dən aprelin 28-dək 13 ədəd və ya 1,52% artaraq 870-ə çatıb.

 

Reklam_3_11

 "Baker Hughes" şirkətinin hesabatına görə, hesabat həftəsində aktiv qazılan neft quyularının sayı 9 ədəd və yaxud 1,31% artaraq 697 ədəd, qaz quyularının sayı 4 ədəd və yaxud 2,4% azalaraq 171 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 2-yə bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 365 və yaxud 110%, qaz quyularının sayı isə 84 ədəd yaxud 96,6%, ümumilikdə isə neft-qaz quyularının sayı 450 ədəd və yaxud 107% artıb.

 

Xatırladaq ki, ABŞ-da qazılan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv qazılan neft quyularının sayı minimal həddən 2,2 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 56,7% aşağıdır.

 

"Baker Hughes"ə görə, ABŞ-da gündəlik neft hasilatı 13 min barel və ya 0,14% artaraq 9,265 mln. barel təşkil edib.

 

 ABŞ-da  neft quyularının sayının artması,   hasilatın artmasına gətirib çıxaracaq.

 

© Report

29.04.2017 08:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ