Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Neft ABŞ-dan gələn xəbər ilə 56 dollara yaxınlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft ABŞ-dan gələn xəbər ilə 56 dollara yaxınlaşdı

Neft, özəl sektorun açıqladığı ABŞ neft ehtiyatları göstəricisinin ötən həftə azalma olduğunu və ümumi ehtiyatların da azaldığını göstərməsinin ardından bahalaşır.


 
Amerika Neft İnstitutunun açıqladığı məlumatlara görə, neft ehtiyatları ötən həftə 4.15 milyon barrel azalıb.

Reklam_3_11

 

Çərşənbə günü Enerji İnformasiya İdarəsinin (EIA) açıqlayacağı rəsmi neft ehtiyat göstəricisinin də  2.5 milyon barrel azalma göstərməsi gözlənilir. Bununla bərabər, Liviya ən böyük neft yataqlarından ikisini yenidən açıb və ən böyük ixracat terminalından son iki ildə ilk dəfə xam neft karqosunu yükləməyə  hazırlaşır.

 

Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata görə, Qərbi Texas nefti (WTI)  Nymex birjasında 31 sent yüksələrək bareli  53.61 dollara, Brent nefti  Londonda ICE Futures Europe birjasında 28 sent və ya 0.5 faiz yüksələrək bareli  55.63 dollara qədər çıxıb.

 

 
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) 30 Noyabrda səkkiz il sonra ilk dəfə istehsalı azaltmaq məsələsində razılığa gəlməsindən bu yana  neftin qiyməti 50 dolların üzərində qalır. Aralarında Rusiya və Azərbaycanın da olduğu bəzi OPEC-ə daxil olmayan stehsalçılar da istehsalı azaldacaqlarını bildiriblər. EIA-nın həftəlik məlumatları toplamağa başladığı 1982-ci ildən bu yana ən yüksək səviyyələrində olan ABŞ neft ehtiyatlarının beşinci həftə azalması gözlənilir.

21.12.2016 06:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ