Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dövlət Neft Fondunda iclas keçirilmişdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Neft Fondunda iclas  keçirilmişdir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2016-cı il dekabr ayının 20-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilmişdir.

 

Dünya Bankının (DB) nümayəndələrinin iştirakı ilə keçirilən ÇQ-nin iclasında MHŞT məlumatlarının dövlət qurumlarının hesabatvermə mexanizmlərinə inteqrasiya edilməsi yolu ilə mütəmadi açıqlanması, bu mexanizmin tətbiqi ilə bağlı DB tərəfindən göstəriləcək texniki yardımla bağlı məsələlər müzakirə edilmişdir.

 

İclasda, eyni zamanda, 2015-ci ili əhatə edən MHŞT Hesabatı, MHŞT Beynəlxalq İdarə Heyətinin Azərbaycana dair qəbul etdiyi islahedici tədbirlər üzrə Fəaliyyət Planı, MHŞT-nin Azərbaycanda təsirinin təhlilinə dair şərtlər toplusu, 2016-cı il üzrə iş planının icra vəziyyəti, 2017-ci il üzrə illik iş planının məqsədlərinin milli prioritetlərə uyğun olaraq müəyyənləşdirilməsi və MHŞT məlumatlarının əldə edilməsi, dərc edilməsi və təkrar istifadəsi haqqında ÇQ-nin siyasəti kimi məsələlər də müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

 

Dünya Bankının nümayəndələri tərəfindən ÇQ üzvləri üçün MHŞT məlumatlarının dövlət qurumlarının hesabatvermə mexanizmlərinə inteqrasiya edilməsi yolu ilə mütəmadi açıqlanmasının tətbiqinə dair seminar da keçirilmişdir.

 

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

 

21.12.2016 06:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ