Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Marketinq və PR şirkəti müştəriləri ilə daha sıx əlaqədə olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Marketinq və PR şirkəti müştəriləri ilə daha sıx əlaqədə olacaq

Hər bir layihəyə individual yanaşan Apamark Marketinq və PR şirkəti müştəriləri ilə olan münasibətlərini yeni bir mərhələyə qaldırıb. Artıq Apamark şirkəti ilə əməkdaşlıq edəcək mövcud və yeni müştərilər bütün iş prosesinə nəzarət edə biləcəklər.

 

Reklam_3_11

Şirkətin, Biznesin inkişafı departamentinin mütəxəssisi olan Emil Əlizadənin sözlərinə görə, xüsusi proqram təminatı sayəsində hər bir müştəri öz sifarişi ilə bağlı işlərin gedişatını izləməyə imkan verəcək. “Biz müştərilərlə olan münasibətlərimizi şəffaf bir müstəviyə keçirmək istəyirik. Məhz buna görə də hər bir müştəri ilə bağlı sifarişlərin hansı mərhələdə olduğunu qarşı tərəfə göstərməyi qərara almışıq. Əldə etdiyimiz proqram təminatında hər layihə ilə bağlı xüsusi qrup yaradırıq və həmin layihə üzrə görüləcək işləri ardıcıl olaraq həmin proqrama daxil edirik. Müştəri hər dəfə ona verilmiş xüsusi link vasitəsilə həmin qrupa daxil olacaq və işin gedişatı ilə tanış olacaq”.

 

Qeyd edək ki, şirkət bu ilin sonuna kimi bazara 3 yeni xidmət buraxmağı planlaşdırır. Hal-hazırda şirkət Gilan və Azərsun Holdinq-in tərkibində fəaliyyət göstərən bir sıra şirkətlərin marketinq işləri üzərində çalışır. Həmin layihələrin May ayı ərzində təhvil verilməsi planlaşdırılır.

01.05.2017 08:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ