Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıda iş saatları dəyişdirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda iş saatları dəyişdirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

12-22 may tarixlərində Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçün bəzi dövlət və özəl müəssisələrdə iş saatlarında dəyişiklik edilib.

 

2017-ci il mayın 1-dən iyunun 1-dək “Azəriqaz” İstehsalat Birliyində, o cümlədən Bakıda fəaliyyət göstərən bəzi dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib.

 

“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a faktı təsdiqləyib.

 

O qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar iş rejimi 09:30-dan 18:30-dək müəyyən edilib.

 

İ.Kərbalayev qeyd edib ki, iyunun 1-dən etibarən işçilər əvvəlki iş rejimində - 09:00-dan 18:00-dək çalışacaqlar.

 

Modern.az

01.05.2017 09:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ