Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bank VTB (Azərbaycan)-dan "Hacı İbrahim" açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank VTB (Azərbaycan)-dan "Hacı İbrahim" açıqlaması

“Bank VTB (Azərbaycan) tərəfindən girovda olan “Rolls Royce” markalı avtomobilin hərraca çıxarılması barədə yayılan məlumat həqiqətə uyğun deyil”.

 

Bu barədə “Marja”ya Bank VTB (Azərbaycan)-dan bildirilib.

 

“Bu məlumatlarda adı çəkilən İbrahim İbrahimov və Həsən İbrahim oğlu İbrahimov bank VTB (Azərbaycan)-dan kredit götürməyib və heç vaxt bankın müştərisi olmayıb”,- Bankın məlumatında deyilir.  

 

Qeyd edək ki, yerli mətbuatda yayılan xəbərə görə, ölkə banklarına külli miqdarda borcu olan “Avesta Concern” rəhbəri, nehrəmli iş adamı kimi tanınan Hacı İbrahim İbrahimova məxsus məşhur “Rolls Royce” markalı avtomobili də kreditdə imiş.  

 

Guya İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına “VTB Bank”dan kreditlə götürüb. Avtomobili almaq üçün 900 min dollar “VTB Bank”dan kredit götürən Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib. Məhz buna görə də bank iş adamının “Rolls Royce” markalı avtomobilini hərraca çıxarıb.

01.05.2017 10:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ