Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

AccessBank-ın İdarə Heyətinin yeni Sədr müavini təyin olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank-ın İdarə Heyətinin yeni Sədr müavini təyin olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AccessBank-ın Müşahidə Şurasının qərarı ilə Bankın İdarə Heyətinin yeni Sədr müavini və Baş Biznes İnzibatçısı (CBO) vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə Mikrokreditləşmə və Kredit Bək Ofis üzrə İcraçı Direktor Tariyel İsmayılov təyin olunub. Bu barədə “Marja”ya  Bankdan bildirilib.

 

Reklam_3_11

T.İsmayılov AccessBank-da uğurlu fəaliyyətini 2003-cü ildə Mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb. Qısa müddət ərzində idarəçilik qabiliyyəti və yüksək peşəkarlıq nümayiş etdirərək T.İsmayılov 2006-cı ildə “Gəncə” filialının rəhbəri vəzifəsinə yüksəlir. Daha sonra o, regional menecer və departament rəhbəri vəzifələrində çalışdıqdan sonra, 2013-cü ildə Mikrokreditləşmə və Kredit Bək Ofis üzrə İcraçı Direktor vəzifəsinə təyin olunub.

 

Bank sahəsində böyük təcrübəyə malik olan T.İsmayılov, həmçinin, Azərbaycan Banklar Assosiasiyasının “Kredit işi və Risk üzrə” ekspert qrupunun sədridir. T.İsmayılov “İqtisadiyyat və Hüquq” ixtisası üzrə maqistraturanı bitirib və hal-hazırda “Sahibkarlığa dövlət yardımının iqtisadi mexanizminin təkmilləşdirilməsi” mövzusunda elmi iş üzərində işləyir.

01.05.2017 12:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ