Emmanuel Makron Avropa İttifaqını “Frexit”lə hədələyir
Fransa prezidenti postuna namizəd “İrəli” hərəkatının lideri, mərkəzçi Emmanuel Makron Brüsselin islahatlara getməyəcəyi təqdirdə “Frexit” (Fransanın Aİ-nin tərkibindən çıxması) perspektivi ilə qarşılaşa biləcəyini deyib.
TASS informasiya agentliyi xəbər verir ki, siyasətçi bütün seçki kampaniyası ərzində daim Avropa ideyası və siyasətini dəstəklədiyini bildirib. “Biz eyni zamanda vəziyyətə baxmalı, insanlarımıza qulaq asmalıyıq. Avropa İttifaqının pozulmuş funksionallığı artıq işə yaramır”, -deyə Makron qeyd edib.
“İrəli” hərəkatının banisi bu səbəbdən Aİ-nin eyni şəkildə fəaliyyət göstərməsinə imkan verilməsini “xəyanət” hesab edir: “Mən belə etmək istəmirəm, çünki növbəti gün biz ya “Frexit”, ya da “Milli cəbhə” (Marin Le Penin partiyası) ilə üzləşə bilərik.
Xatırladaq ki, Fransada 11 namizədin iştirak etdiyi prezident seçkilərinin ilk turu aprelin 23-də keçirilib. Konstitusiya Şurasının təsdiqlədiyi məlumata əsasın, Emmanuel Makron 24,01 faiz səs toplayaraq birinci yeri tutub. Onunla yanaşı, Marin Le Pen də 21,30 faiz səslə ikinci tura keçməyə müvəffəq olub. Yekun nəticəsi 20,01 faiz olan Fransua Fiyon üçüncü, 19,58 faiz səs toplayan Melanşon isə dördüncü yerdə qərarlaşıb.
Fransada prezident seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 d. əvvəl
- 12 d. əvvəl
-
1 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
1 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
1 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
1 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb
-
2 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
-
3 saat əvvəl
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
- 3 saat əvvəl