Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft qiymətləri ABŞ-da yanacaq məhsulları ehtiyatlarının artması ilə düşür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətləri ABŞ-da yanacaq məhsulları ehtiyatlarının artması ilə düşür

Neft qiymətləri, investorların diqqətlərini, ABŞ-da azalmaqda olan neft ehtiyatları əvəzinə, artması gözlənilən yanacaq məhsulları ehtiyatlarına çevirmələri ilə aşağı düşür.

 

Reklam_3_11

ABŞ-da Enerji İnformasiya İdarəsinin Çərşənbə günü açıqlayacağı məlumatların, analitiklərin proqnozlarına görə, benzin və digər neft məhsulları ehtiyatlarının ötən həftə artdığını göstərməsi gözlənilir. 


Bununla bərabər, xam neft qiymətlərinin düşməsinin ardıcıl dördüncü həftədə də davam edəcəyi gözlənilir. ABŞ-da sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu Çərşənbə günü ehtiyat göstəricilərini açıqlayacaqdır.


 
"Marja" xəbər verir ki, neft qiymətləri, ABŞ-da artan neft hasilatının, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər bəzi istehsalçıların hasilatı azaltmalarını silə biləcəyi narahatlıqları ilə düşüb. 

 

Sektorun məsləhət şirkətlərindən biri olan FGE-nin sədri Fereidun Fesharaki, OPEC-in May ayındakı nazirlər səviyyəsindəki iclasında hasilatın azaldılması müqaviləsini uzatmasının haradasa qəti olduğunu, sektor göstəricisinin ABŞ-da qazılan neft quyusu sayının iki ilin ən yüksək səviyyəsinə çıxdığını göstərdiyini bildirib.


 0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!


"Samsung Futures Inc."ın əmtəə analitiki Honq Sunq Ki, "ABŞ-da artan neft məhsulları ehtiyatları, zavodların, OPEC rəhbərliyi altındakı qrupun hasilatın azaldılması razılaşmasını uzatmasından əvvəl  təklifi artırmaqda olduğu anlamına gələ bilər, ancaq bazar hələ də bunların anormal artmasından dolayı narahatdır" deyib və "Bu nöqtədə, OPEC və digər istehsalçıların müqaviləni İyun ayından sonraya uzadacağına əminik" şəklində bildirib.


 
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas neft (WTI) Nymex birjasında 10 sent düşərək bareli 48.74 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 7 sent düşərək bareli  51.45 dollara enib.  

02.05.2017 06:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ