Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Obamadan neft axtarışına maneə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Obamadan neft axtarışına maneə

Obama hökuməti, ABŞ-ın qütb bölgələrində və Atlantik okeanı sahillərində neft - qaz axtarışı və hasilatı fəaliyyətlərinin "müddətsiz"  əngəlləndiyini bildirib.


 
"Marja" xəbər verir ki, Ağ Evdən verilən  açıqlamada, ABŞ-ın qütb bölgələrində yer alan "Chukchi" və "Beaufort" dənizlərinin böyük hissəsinin və Atlantik sahillərindəki 31 sahənin neft - qaz axtarışı və hasilatı fəaliyyətinə "müddətsiz bağlı" olacağı bildirilib.


 
Bəyanatda həmçinin, Kanadanın baş naziri Justin Trudeaunun da Kanadanın qütb bölgələrində yerləşən rayonların böyük hissəsini neft və qaz fəaliyyətinə "müddətsiz bağlı" olaraq müəyyən etdiyi qeyd ediilib.


 
Qütb bölgələrində təbii həyatı qorumaq üçün ABŞ-Kanada arasında müxtəlif biznes birlikləri və birgə layihələr keçiriləcəyi vurğulanan açıqlamada, hər iki ölkənin qütblərdə yanacaq istifadəsini mərhələli azaldılacağının dəstəkləyəcəyi məlumatı verilib.
 


 Mütəxəssislər, ekoloji siyasətləri məlum olan Barak Obamanın bu qərarında ABŞ-ın 1953-cü ildə  qüvvəyə minən "Xarici Qitə Dəhlizi Əraziləri Qanunu"nun istifadə etdiyinə diqqəti çəkərək, ölkənin yeni seçilən prezidenti Donald Trumpın sözügedən qərarı geri qaytarmasının çətin olduğunu qeyd edirlər.
 


 Seçki kampaniyasında ABŞ-ın zəngin neft, qaz və kömür ehtiyatlarına işarə edən Trumpın bu sahələrdəki tələbləri (tənzimləmələri) azaldaraq ölkənin karbohidrogen hasilatını artırması gözlənilir.

21.12.2016 06:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ