Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan-Rusiya sərhədində yük maşınlarının hərəkəti dayandırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan-Rusiya sərhədində yük maşınlarının hərəkəti dayandırılır

Azərbaycan-Rusiya sərhədində yerləşən "Yaraq-Qazmalar" nəzarət-buraxılış məntəqəsində yeni körpünün tikintisi ilə əlaqədar iriqabaritli yük maşınları üçün sərhəddə hərəkət dayandırılacaq.


“RİA Novosti" agentliyi xəbər verir ki, buna səbəb yük maşınlarının hərəkəti üçün alternativ marşrutun olmamasıdır.

Reklam_3_11



"Yaraq-Qazmalar" keçidi yük maşınları üçün yeganə buraxılış məntəqəsidir. Ehtiyat variantı kimi yük maşınlarının "Tahirkənd-Qazmalar" nəzarət buraxılış məntəqəsindən hərəkət etməsi təklif olunur. Ancaq burada müəyyən problemlər mövcuddur və "Qafqaz" federal trasına qədər yol yoxdur.

 

Yeni körpünün inşasına yaxın zamanlarda başlanılacaq. "Tahirkənd-Qazmalar" nəzarət buraxılış məntəqəsini federal trasla birləşdirəcək yolun tikintisi bu ilə planlaşdırılıb. Problemin həlli yolu kimi asfaltlanmamış yolun tikintisi təklif edilir. Bunun üçün də iki ölkənin sərhədində nəqliyyat kollapsın yaranması ehtimalı aktual olaraq qalacaq.

 

© APA

02.05.2017 08:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ