Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Türkmənistan BTC ilə neft nəqlini 56% artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkmənistan BTC ilə neft nəqlini 56% artırıb

Bu ilin aprel ayında Bakı-Tbilisi-Cehyan (BTC) əsas ixrac boru kəməri ilə 546 171 ton Türkmənistan nefti nəql olunub.


SOCAR-ın açıqladığı rəqəmlərə görə, bu, ötən ilin analoji ayı ilə müqayisədə 195 309 ton və ya 55,66% çoxdur.

Reklam_3_11



Bu ilin mart ayı ilə müqayisədə isə BTC ilə 528 700 ton və ya 31,26 dəfə çox Türkmənistan nefti nəql edilib.



Xatırladaq ki, bu ilin mart ayında BTC kəməri ilə 17 471 ton Türkmənistan nefti nəql olunub. 2016-cı ilin aprel ayında isə bu kəmərlə 350 862 ton Türkmənistan nefti nəql edilib. 

 

İndiyədək BTC-yə 330 mln. mln. tondan çox neft vurulub

 

Bu ilin aprel ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 242 min 574 ton Azərbaycan nefti nəql olunub ki, bu da 2016-cı ilin analoji ayı ilə müqayisədə 10,38% azdır.

 

Cari ilin mart ayı ilə müqayisədə isə SOCAR BTC ilə neft nəqlini 7,82% artırıb.

 

Bu ilin yanvar-aprel aylarında bu kəmərlə 8 mln. 724 min 383 ton neft ötürülüb ki, bu da ötən ilin 4 ayı ilə müqayisədə 11,12% azdır.

 

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu ilin may ayının 1-ə qədər BTC-yə 330 mln. 262 min 445 ton neft vurulub.

 

© APA

02.05.2017 09:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ