Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nazir: gənclərin 9%-i işsizdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: gənclərin 9%-i işsizdir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bu il əmək bazarına 108500 gənc daxil olacaq"

 

"Hər il Azərbaycanın əmək bazarına 100 mindən çox gənc daxil olur. Proqnozlara əsasən 2017-ci ildə ölkənin əmək bazarına 108 min 500 gənc daxil olacaq". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

 

Nazir bildirib ki, əmək bazarına daxil olan gənclərdən 69 mindən çoxu ali təhsilli, orta ixtisas və peşə təhsilli gənclərdir: "Əmək bazarına daxil olan insanların 39 min 500-ə yaxını tam orta təhsilli və aşağı təhsil səviyyəsinə malik olan gənclərdir. Onların əmək bazarında yerləşdirilməsi, mövcud iş yerləri ilə təmin olunması Azərbaycan prezidentinin daim diqqət mərkəzində olan çox vacib məsələlərdən biridir", - deyə o qeyd edib.

 

S.Müslümovun sözlərinə görə, ölkə üzrə işsizlik səviyyəsi 5% ətrafında olduğu halda, gənclərin 9%-i işsizdir: "Azərbaycanda gənc əhali ölkə əhalisinin təqribən 29%-ini təşkil edir. Bu, nəinki Şərqi Avropa, keçmiş MDB dövlətləri arasında da ən yüksək göstəricidir".

 

© APA

 

02.05.2017 10:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ