Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Dolar/TL 4 ayın ən aşağı səviyyəsində

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dolar/TL 4 ayın ən aşağı səviyyəsində
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dollar/Türk Lirəsi (TL) məzənnəsi, bu gün 3.5305 ilə 2 Yanvardan bu yana ən aşağı səviyyəsinə enib.


 
"Marja" xəbər verir ki, ABŞ-da dünən açıqlanan məlumata görə, Mart ayında şəxsi xərclər sabit qalıb, şəxsi gəlirlər isə 0.2% artıb. Fed-in üstünlük verdiyi inflyasiya göstəricisi olan Şəxsi İstehlak Xərcləri (PCE) qiymət indeksi martda aylıq 0.1% azalma proqnozuna qarşı 0.2% geriləyib. İllik PCE qiymət indeksi isə  1.8%-ə geriləyərək gözləntiyə paralel çıxıb. Gözləniləndən pis çıxan göstəricilər Dolların digər valyutalar qarşısında dəyərdən düşməsinə səbəb olur. 

Reklam_3_11

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!


 
Analitiklər bildirirlər ki, 3.5410 dəstəyinin də aşağı istiqamətli qırılması ilə, məzənnədə 3.50 - 3.4980 dəstək bölgəsi gündəmə gəlib.  

 

Bu gün ABŞ-da açıqlanacaq mühüm məlumatlar yoxdur.  Sabah Türkiyədə Aprel ayı inflyasiya göstəricisi, axşam da ABŞ Mərkəzi Bankının faiz qərarı açıqlanacaq. Ekspertlər bu ay Fed-in faiz artıracağını gözləmirlər. İyunda faizin artırılacağı  ehtimalı daha mümkün görülərkən, Sentyabrda isə faiz artırımı 100% olaraq  ehtimal edilir. Cümə günü ABŞ-dakı kənd təsərrüfatı xaric məşğulluq göstəricisi də açıqlanacaqdır.

 

VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!

02.05.2017 11:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ