Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

BP ilin sonunadək Azərbaycanda yeni layihə istismara verəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
BP ilin sonunadək Azərbaycanda yeni layihə istismara verəcək

BP şirkəti 2017-ci ilin I rübündə mənfəətini ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artıraraq 1,51 mlrd. dollara çatdırıb.

 

Reklam_3_11

Buna səbəb neftin qiymətinin və hasilatın artması, xərclərin azalmasıdır.

 

Cari ilin ilk rübündə BP-nin əsas rəqibləri olan "Exxon Mobil", "Chevron" və "Total" şirkətləri də yuxarıda qeyd edilən səbəblərə görə mənfəətini artırmağı bacarıb.

 

Analitiklər BP-nin rüblük mənfəətinin 1,26 mlrd. dollar təşkil edəcəyini proqnozlaşdırıb.
 

Şirkətin açıqlamasında deyilir ki, cari ildə BP 8 yeni layihənin icrasına başlayacaq ki, bunların bəziləri Azərbaycan və Omanı əhatə edəcək. Şirkət bunun hesabına onilliyin sonunadək sutkalıq neft hasilatını 800 min barelə çatdırmaq niyyətindədir. "Yeni layihələr hesabına hasilatın artırılması cari ilin ikinci yarısında pul vəsaitlərinin hərəkətində müsbət dinamikaya səbəb olacaq", - deyə açıqlamada deyilir.

 

©APA

02.05.2017 13:01

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ