Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Dollara tələbat yenidən artacaq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dollara tələbat yenidən artacaq”

“Möcvud məhdudlaşdırmalar aradan qaldırılsa, dollara tələbat yenidən artacaq”.

 

Reklam_3_11

Bunu iqtisadçı Samir Əliyev Facebook səhifəsində yazıb.

 

“2016-cı ilin yanvar-fevral aylarında Neft Fondu və Mərkəzi Bank birlikdə hərrac vasitəsilə 2 milyarddan 39 milyon çox dollar satıb. 2017-ci ilin analoji dövründə valyuta bazarına bir qədər çox - təxminən 2 milyard 80 milyon dollar yönəldilib. Bunun 793,4 milyon dolları hərrac vasitəsilə satılıb, qalanı isə (2 milyard 279 milyon manat) makroiqtisadi sabitlik üçün Mərkəzi Bankda köçürülüb. Mərkəzi Banka köçürülən vəsaitin təxminən 300 milyon dollardan çoxu hissəsi onun valyuta ehtiyatlarına yönəldilib. Buna baxmayaraq təxminən 1,8 milyard dollar valyuta bazarında sabitliyin qorunmasına xərclənib. Üstəlik bir sıra sərt inzibati tədbir - pul kütləsinin sıxlaşdırılması, dövlət xətti ilə idxalın məhdudlaşdırılması, nağd əməliyyatların məhdudlaşdırılması, kapital axının minimuma endirilməsi tədbirləri manata dəstək verib.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Bu qədər məhdudlaşdırıcı tədbirlərin fonunda bazara yönəldilən dollar kütləsinin həcmində ötən illə müqayisədə ciddi azalma baş verməyib. Daxili tələb və xarici öhdəliklər dollara tələbatın azalmasına imkan vermir. Hazırda valyuta bazarının yeganə donoru Neft Fondudur. Alternativ mənbələr isə yox dərəcəsindədir. Deməli, möcvud məhdudlaşdırmalar aradan qaldırılsa, bunların bir hissəsinin qaldırlması labüddür, dollara tələbat yenidən artacaq”.

02.05.2017 13:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ