Məşhur saat şirkəti satıldı

Böyük Britaniyanın investisiya şirkəti "CVC Capital Partners", İsveçrənin saat markası "Breitling"i 800 milyon dollara satın alıb.

 

"Marja" xəbər verir ki, "CVC Capital Partners"dan edilən açıqlamada, satışın iyun ayında tamamlanacağı bildirilib.

 

"Breitling"in əksəriyyət səhminə sahib olmuş Theodore Schneider-in səhmlərin 20%-ni əlində saxlamağa davam edəcəyi qeyd edilib.


 
İsveçrədəki ən böyük müstəqil saat markalarından biri olan "Breitling", satış qərarı vermiş və potensial alıcılar tapmaq üçün bir məsləhət şirkətilə razılaşmışdı.


 
Qiymətləri 2 min 500 dollardan başlayan "Breitling" saatlarını istifadə edən tanınmışlar arasında Travolta, Rassel Crowe və David Beckham da var.

2 May 2017 , 16:39   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin