Azərbaycan brendi 10 mağaza açmağı planlaşdırır
Aprelin 28-də Bakıda “Gənclik Mall” ticarət mərkəzində “Hər şey ev üçün!” şüarı ilə fəaliyyətə başlayan “Decoria” mağazasının açılış mərasimi keçirilib.
Müştərilər məkanda onlar üçün hazırlanmış sürprizlər, xüsusi endirimli qiymətlərlə qarşılaşıblar.
Ev, ofis və bağ üçün nəzərdə tutulan məhsulların satışı ilə məşğul olan mağaza 2 min kvadratmetr sahəni əhatə edir.
Burada müştərilərə 200-dən artıq istehsalçı və 400-dən çox markanın 10 mindən artıq çeşiddə məhsulları təklif olunur. Mağazada mebel, məişət və mətbəx əşyası, hamam aksessuarları, xalça, təmir vasitələri, bağa lazım olan hər bir avadanlıq və s. satışa təqdim edilir.
60 nəfərlik personalı ilə alıcılara xidmət göstərən mağazanın məqsədi müştərilərin zövqünü daha keyfiyyətli və münasib qiymətə satılan mallarla oxşamaqdır.
“Decoria” markası ilk mağazanın ardınca bir il ərzində Bakıda 3, Azərbaycanın digər şəhərlərində isə 3 il müddətində 10 mağaza açmağı planlaşdırır. Hədəf təkcə bununla bitmir, ölkəmizin hüdudlarından kənarda da mağazalar açmaq və “Decoria” - Azərbaycan brendini dünyada tanıtmaq qarşıda duran ən başlıca məqsəddir.
© Oxu.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
2 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
-
4 saat əvvəl
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb