Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın aparıcı sement istehsalçısı bazar dəyərini itirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın aparıcı sement istehsalçısı bazar dəyərini itirir

 Bu gün Bakı Fond Birjasında (BFB) “Holcim (Azerbaijan)” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.

 

BFB-nin məlumatına görə, əqd müəssisənin 46 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızlar 35,5 manatdan alınıb-satılıb.

 

Xatırladaq ki, bu, Azərbaycanın aparıcı sement istehsalçısının səhmləri ilə bağlı son yarım ay ərzində qeydə alınan 2-ci əqddir. Aprelin 19-da BFB-də baş tutmuş sövdələşmə zamanı şirkətin 93 səhmi 37 manatdan “əl dəyişdirib”.

 

Başqa sözlə, 13 gün ərzində “Holcim (Azerbaijan)”ın səhmləri 1,5 manat və yaxud 4,05% ucuzlaşıb. Səhmdar cəmiyyətin 31 812 880 manatlıq nizamnamə kapitalının hər birinin nominal dəyəri nominal dəyəri 20 manat olan 1 590 644 səhm əsasında formalaşdığını nəzərə alsaq, sement istehsalçısının bazar dəyərinin 58 853 828 manatdan 56 467 862 manata düşdüyünü demək olar.

 

Xatırladaq ki, "Holcim (Azerbaijan)" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Şirkətin səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.

 

© Report

02.05.2017 16:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ