Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Mərkəzi Bankın uçot dərəcəsini sabit saxlaması bazara mesajdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Mərkəzi Bankın uçot dərəcəsini sabit saxlaması bazara mesajdır"

“Azərbaycan Mərkəzi Bankının (AMB) ötən gün keçirilmiş iclasında uçot dərəcəsinin sabit saxlanması barədə qərarın qəbul edilməsi bazara mesajdır”.

 

Bunu açıqlamasında “Kapital Menecment” investisiya şirkətinin analitiki Cəfər İbrahimli deyib.

 

Onun sözlərinə görə, bununla AMB uçot dərəcəsinin yaxın gələcəkdə artırılacağı ilə bağlı ehtimallara son qoyub və Azərbaycan manatının məzənnəsi ilə bağlı vəziyyətin sabitləşdiyini kommersiya banklarının nəzərinə çatdırıb: “Məzənnə ilə bağlı qeyri-müəyyənlik olduğu üçün bir sıra banklar kreditləşməni dayandırıb və bərpa etməyə tələsmir. Çünki, onlar düşünürlər ki, uçot dərəcəsi 20-25% də ola bilər. Bu halda kreditlərin illik faiz dərəcəsi bundan da yüksək ola bilər. Uçot dərəcəsinin sabit saxlanması isə kredit təşkilatlarının bu gözləntilərinin üzərindən xətt çəkdi”.

 

 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Bundan başqa, C.İbrahimli qeyd edib ki, ötən gün keçirilmiş depozit hərracının nəticəsində bağlanılmış əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi 13%-dən aşağı düşüb. Bunun özü də banklara bir mesajdır: “AMB-də yerləşdirilən depozitlərin gəlirliliyinin azalması o deməkdir ki, qurum daha banklardan cəlb etdiyi vəsaitlərə görə yüksək divident ödəmək istəmir. Artıq banklar alternativ investisiya variantları axtarmalı, əsasən də kredit vermək barədə düşünməlidir”.

 

© Report

02.05.2017 16:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ