Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycandan xaricə istilik sistemi avadanlıqları ixrac ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan xaricə istilik sistemi avadanlıqları ixrac ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Lənkəran Mexanikləşdirmə” MMC-nin direktoru Beytulla Talıbov bildirib ki,  başçılıq etdiyi müəssisənin ölkəmizdə “Made in Azerbaijan” brendi ilə “SELSİON” markalı yüksək keyfiyyətli müasir istilik sistemləri avadanlıqları istehsal edən yeganə müəssisədir.

 

 “Lənkəran Mexanikləşdirmə” MMC-də Azərbaycan sənayesi üçün yeni olan müasir 2 və 3 keçidli suqızdırıcılar, buxar və qaynar yağ qazanları, tək və cüt spirallı boylerlər, günəş kollektorları istehsal olunur. Bu istilik sistemlərinin beynəlxalq standartlara uyğun istehsalı və sınağı, həmçinin texniki xidməti təşkil edilir. Əsas məqsəd Azərbaycan markalı istilik sistemləri avadanlıqları ilə həm yerli bazarın tələbatını ödəmək, həm də xaricə ixrac etməkdir. Müəssisəmiz İSO 9000 (keyfiyyət), İSO 14000 (ekologiya) və İSG-OHSAS 18001 (texniki təhlükəsizlik) sertifikatlarına layiq görülüb. İstehsal olunan avadanlıqların gəmiçilik sənayesində tətbiqi və quraşdırılması ilə bağlı Təsnifat Cəmiyyətlərinin Beynəlxalq Assosiasiyasının üzvü olan “Rusiyanın Azərbaycandakı Dəniz Gəmiçiliyi Registri” MMC-nin müvafiq sertifikatını almışıq”, - deyə MMC-nin rəhbəri bildirib.

 

“Lənkəran Mexanikləşdirmə” MMC-nin 2016-cı ilin fevralında Moskvada “Krokus Ekspo” və oktyabrda Bakıda “Baku Ekspo” Beynəlxalq sərgi mərkəzlərində istehsal etdiyi məhsullarla iştirak edərək iştirakçıların rəğbətini qazandığını vurğulayan B.Talıbov Rusiya, Qazaxıstan, Gürcüstan və Qırğızıstanda fəaliyyət göstərən yerli satış şirkətləri ilə danışıqlar aparılaraq, məhsul ixracı ilə bağlı müvafiq razılaşmaların əldə olunduğunu diqqətə çatdırıb.

 

Müəssisənin rəhbəri deyib: “Dövlətimizin başçısının sahibkarlara göstərdiyi hərtərəfli dəstəkdən ruhlanaraq, müəssisəmizdə istehsal etdiyimiz yüksək keyfiyyətli məhsullarla həm yerli bazarın tələbatını ödəyəcək, həm də “Made in Azerbaijan” brendi ilə xarici bazarlarda ölkəmizi layiqincə təmsil edəcəyik.”

 

© Azərtac

02.05.2017 16:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ