Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Məşhur aviaşirkət iflasını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məşhur aviaşirkət  iflasını açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Uzun müddətdir ki, maliyyə böhranı yaşayan İtalyanın aviaşirkəti "Alitalia", 10 ildə ikinci dəfə iflasını açıqlayıb.


 
"Marja" xəbər verir ki, 51%-i İtalyanın CAI,  49%-i isə Birləşmiş Ərəb Əmirliklərinin "Etihad" Hava Yollarına aid olan "Alitalia"nın idarə heyəti, bu gün keçirdikləri iclasda iflas qərarı veriblər.
 

Reklam_3_11


Həmkarlar ittifaqının 1600 nəfəri işdən çıxarılmasına qarşı başladığı tətil səbəbindən böyük maliyyə itkisi yaşayan və 2 milyard avroluq yenidənqurma planı işçiləri tərəfindən rədd edilən "Alitalia"nın səhmdarları, hökumətdən qəyyum tələb etmək məsələsində razılaşıb.


 
 2014-DƏ İFLASIN ASTANASINDAN DÖNMÜŞDÜ


 
2008-ci ildə də iflas edən Alitalia, 2014-də də iflasın astanasına gəlib və hökumətin dəstəyi  49%-i "Etihad"a satılmışdı. Şirkətin hökumətdən son 10 ildə 7 milyard avro dəstək almasına baxmayaraq zərərlərini ödəmədiyi bildirilir.


 
Hökumət tərəfindən təyin ediləcək qəyyum, 6 ay ərzində şirkətin yenidən qurulmasına, satışına və ya bağlanmasına qərar verə bilər.
 


Şirkətdən edilən açıqlamada iflas qərarına baxmayaraq, planlaşdırılan reyslərdə bir dəyişiklik olmayacağı bildirilib. "Ryanair" və "Easyjet" kimi rəqibləri qarşısında geriləyən "Alitalia", 94 nöqtəyə həftədə 4200 uçuş həyata keçirir.

02.05.2017 19:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ