Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

iPhone və iPad satışları azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
iPhone və iPad  satışları azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Texnologiya nəhəngi Apple, bu ilin yanvar-mart dövründə gəlirinin və xalis mənfəətinin artdığını açıqlayıb.


 
"Marja" Apple-ın açıqlamasına istinadən xəbər verir ki, yanvar-mart dövründə şirkətin gəliri ötən ilin eyni dövrünə nisbətən 4,5 faiz artaraq 52,9 milyard dollar olub. Apple-ın cəmi gəlirlərinin 65%-ni beynəlxalq satışlardan əldə edilib.

Reklam_3_11


 
Şirkətin bu dövrdə xalis mənfəəti, ötən ilin eyni dövrünə nisbətən 4,8 faiz artaraq 11 milyard dollara yüksəlib.
 
 
Sözügedən dövrdə, iPhone satışları ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz düşərək 50,8 milyona, iPad satışları da 12,7 faiz azalaraq 8,9 milyona geriləyib.


 
Kompüter satışları isə 5 faiz artaraq 4,2 milyona çatıb. Şirkətin AppleCare və ApplePay kimi xidmətlərdən əldə etdiyi gəlir 17 faiz artımla 7 milyard dollara çıxıb, Apple TV və Apple Watch kimi məhsullardan əldə edilən gəlir isə 32 faiz artaraq 2,9 milyard dollara çatıb.


 
 Apple-ın xalis mənfəət və gəlirinin bazar proqnozundan aşağı qalması səbəbindən Nyu-York Birjasının bağlanmasının ardından baş verən məhdud əməliyyatlarda şirkətin səhmləri ucuzlaşıb.


 
Günü 147,52 dollardan bağlayan Apple səhmləri, şirkətin balansını açıqlamasının ardından 2,1 faiz itki ilə 144,40 dollara qədər geriləyib.


 
 Analitiklər, Apple-ın səhm qiymətindəki ucuzlaşmanın bu gün da davam edəcəyi barədə xəbərdarlıq edirlər.

03.05.2017 06:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ