Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qazaxıstan strateji özəlləşdirməyə başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstan strateji özəlləşdirməyə başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2007-2009-cu illər maliyyə böhranı zamanı Qazaxıstanın milli gəlirinin yarısına bərabər olaraq yaradılan "Samruk-Kazyna" Fondu dəyişikliklər proqramının həyata keçirilməsinə hazırlaşır. 

 

Reklam_3_11

"Bloomberg" agentliyi xəbər verir ki, fondun İdarə Heyətinin sədri Berik Beysenqaliyevə görə,  ilkin mərhələdə fondun nəzarətində olan kiçik şirkətlər satılıb, bəziləri ləğv edilib, bəziləri isə hələ satış mərhələsindədir. Bu ilin sonuna qədər fondun tərkibində olan şirkətlərin sayı 2 dəfə azalaraq 300-ə endiriləcək. Ümumiyyətlə, Qazaxıstanın büdcə kəsirini örtmək üçün neftin 71,5 dollar/barel səviyyəsində olması lazımdır.

Xatırladaq ki, "Samruk-Kazyna" 60 mlrd. ABŞ dolları həcmində aktivlərə və 360 min nəfər işçi sayına sahib olan fonddur. O, ölkə investisiyalarının 25%-ni həyata keçirir.

 

Fondun rəhbərinin sözlərinə görə, 2018-ci ildə başlayacaq özəlləşdirmədə "Air Astana", "Kazatomprom" kimi nəhəng şirkətlər yer alacaq. Özəlləşdirmə prosesində dövlət adıçəkilən şirkətlərdə payını 51% qoruyaraq əsas səhmdar statusuna sahib olacaq.

 

Daha sonra "Kazmunayqaz", "Samruk-Energo"nun özəlləşdirilməsi nəzərdə tutulub. Bu şirkətlərin 2020-ci ildə özəlləşdirilməsi nəzərdə tutulsa da, buna tam zəmanət verilməyib. "Kazaxtelekom" və "Tay-Ken Samruk" dağ-mədən şirkətləri üçün isə strateji investor axtarılacaq.

 

© Report

03.05.2017 07:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ