Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“PAŞA Həyat” iki şəxsə 95 min 272 manat sığorta ödənişi verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Həyat”  iki şəxsə 95 min 272 manat sığorta ödənişi verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“PAŞA Həyat” sığorta şirkəti “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə daha iki sığortalı şəxsə ödəniş edib.

 

Reklam_3_11

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, ayrı-ayrı neft şirkətlərində çalışan iki sığortalı əməkdaş istehsalat zamanı xəsarət alıblar. Qanunvericiliyə əsasən, müəyyən edilmişdir ki, işçilərdən biri xəsarət nəticəsində əmək qabiliyyətinin 100%-ni, digər işçi isə 60%-ni itirib.

 

Sığorta olunan şəxslərin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, “PAŞA Həyat” şirkəti tərəfindən zərərçəkmiş şəxslərə, o cümlədən əmək qabiliyyətinin 100%-ni itirmiş şəxsə 55 474 manat, əmək qabiliyyətinin 60%-ni itirmiş şəxsə isə 39 798 manat həcmində birdəfəlik sığorta ödənişləri verilib.

 

Qeyd edək ki, cari ilin yanvar ayından indiyədək istehsalat zamanı xəsarət alan şəxslərə görə “PAŞA Həyat” tərəfindən 451 000 manatdan çox birdəfəlik ödənişlər edilib.

 

“PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Azərbaycanın ümumi sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat”ın cari ilin dekabr ayının 1-nə aktivlərinin həcmi 154 mln. manata yaxın, nizamnamə kapitalının həcmi isə 40,250 milyon manat təşkil edir.

 

21.12.2016 08:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ