Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakıda son model “Mercedes Benz” avtomobillərinin sınaq sürüşü təşkil edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda son model “Mercedes Benz” avtomobillərinin sınaq sürüşü təşkil edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

29 Aprel 2017-ci il tarixində “Mercedes Benz” avtomobillərinin Azərbaycanda dileri “Autostar Kaukasus” şirkəti tərəfindən avtomobillərin ənənəvi sınaq sürüşü tədbiri təşkil edilmişdi.

 

“Boulevard Hotel”də keçirilmiş sınaq yürüşünə “Mercedess-Benz”in 6 modeli təqdim edilmişdi.

 

“AutoStar Kaukasus” şirkətinin Baş direktoru Kamil Məmmədov “Marja”ya bildirdi ki, atıq insanlar  avtomobil seçərkən, brend arasında deyil, avtomobilin texniki xüsusiyyətləri və yürüş qabiliyyəti üzərində seçim edir:

 

“Məqsəd potensial alıcıları “Mercedess-Benz” model sırası ilə sürərək tanış etməkdir. Bu gün 6 modelimiz sürmək üçün, 3 modelimiz isə tanışlıq üçün nümayiş edilir . Test-drayv üçün yeni “V-Class”, yenilənmiş “GLS”, yenilənmiş “GLE”, tam yen  “GLC Cupe”, yeni “E-Class” və “C-Class” modelidir. Əlavə olaraq “CLA”, “CLS” və “E43” modelləri də sərgilənir”.

 

BAKIDA YENİ “S-CLASS”IN TƏQDİMATI KEÇİRİLƏCƏK

 

Kamil Məmmədov qeyd etdi ki, bu ilin İyun ayında Bakıda yenilənmiş “S-Class” modelinin təqdim edilməsi planlaşdırılır:

 

“Yenilənmş “S-Class” artıq çıxıb. Distribyutor “Avto Kapital-Azərbaycan” şirkəti və onun dilerləri “AutoStar Kaukasus” şirkəti və Abşeron Avtomobil Mərkəzi birgə möhtəşəm təqdimat keçirməyi nəzərdə tutur.

 

Bundan başqa, bu il “A-Class” sedan modelinin təqdimatı planlaşdırılır.

 

Bildiyimiz kimi, “Mercedess-Benz” ötən ilin sonlarına yaxın ilk pikap modelini təqdim edib. Çatsaq,  ilin sonunda  “Mercedes Benz”in pikap modeli olan “X-Class”ı da təqdim etməyi planlaşdırırıq”.

 

“SATIŞLARIMIZ ARTIB”

 

Kamil Məmmədov əlavə etdi ki, 2016-cı ilin 1-ci rübü ilə müqayisədə 2017-ci ilin 1-ci rübündə satışlar daha yüksək olmuşdur:

 

“Dekabr ayında “AutoStar Kaukasus” şirkəti tərəfindən 22 ədəd, Abşeron Avtomobil Mərkəzi tərəfindənisə 10 Mercedes-Benz avtomobili satılıb. Öncədən sifarişlər ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb. Artıq Avqust ayına qədər olan limitimiz bitib.

 

Ən cox təlabat yeni modellərədir. Ən çox “GLS”, “GLS Cupe”, “GLE Cupe” və “E-Class” modelləri alınır. “GLS Cupe”yə təlabat çox yüksəkdir və zavod müyyən sayda göndərdiyindənbiz təlabatı ödəyə də bilmirik”. 

03.05.2017 10:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ