Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Saat 22:00-dan əvvəl bilməyiniz lazım olan 5 şey

iç səhifə xəbər başlığı altı (mobil)_31
Saat 22:00-dan əvvəl bilməyiniz lazım olan 5 şey
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin Mart ayında son 11 ildə üçüncü dəfə faizi artıraraq 0,75-1,00 intervalına qaldıran ABŞ Mərkəzi Bankı (Fed) Aprel ayı iclasının qərarını bu gün açıqlayacaq.

 

Reklam_3_11

 "Marja" xəbər verir ki, 22:00-da açıqlanacaq qərar öncəsi bunları bilməyiniz faydalıdır.

 

 1. YELLEN DANIŞMAYACAQ

 

 Bu axşam Fed yalnız qərar mətnini açıqlayacaq. Sədr Janet Yellenin mətbuat konfransı olmayacaq.

 

 Fed, tarixən sədrin mətbuat konfransı keçirməyəcəyi iclaslarda faiz artırmır.

 

 2 FAİZİN ARTIRLACAĞI EHTİMALI

 

Bir əvvəlki iclasda faizin artırılacağını qəti hesab edən bazar, bu gün faizin artırılacağına yalnız 13 faiz ehtimal verir.

 

 Fed-in İyun toplantısı üçün bu ehtimal  60,9 faiz, Sentyabr toplanısı üçün 100 faizdir.

 

 3. BALANSIN KİÇİLDİLMƏSİ MƏSƏLƏSİ

 

Son toplantının protokolları Fed rəsmilərinin balansı azaltmağı müzakirə etdiklərini ortaya qoydu.

 

Protokollarda, "İqtisadiyyat gözlənildiyi kimi performans göstərməyə davam etsə, bir çox rəsmi faizlərdə mərhələli artımının davam etməsini gözləyir və bu ilin sonunda Komitənin yenidən investisiya siyasətini dəyişməyin uyğun olacağını hesab edir" ifadəsi yer almışdı.

 

 Bu günkü toplantıdan sonra  balansın azaldılacağına dair  yeni bir məlumatın veriləcəyi gözlənilmir.

 

4. ABŞ GÖSTƏRİCİLƏRİ

 

 ABŞ-da son göstəricilər pis çıxıb. Fevralda 219 min artan kənd təsərrüfatı xaric məşğulluq Martda 98 min nəfər artım qeyd edib.

 

 

Həmçinin istehlakçı xərcləri birinci rübdə 0,2 faiz təşkil edərək 2009-un son rübündən bəri ən yavaş səviyyəyə geriləyib.

 

İqtisadçılar, Fed rəsmilərinin ABŞ iqtisadiyyatına dair şərhlərinin əhəmiyyətli olacağını qeyd edir. Son Bej Kitabda "ABŞ-da iqtisadi artım qarışıq istehlakçı xərclərinə baxmayaraq davam edir" deyilmişdi.

 

Fed rəsmiləri  ilk rübdəki zəif iqtisadi göstəricilərə görə bir az gözləməyi seçəcəklər.

 

 5. TRUMP MƏSƏLƏSİ

 

Trump, faizin artırılmasını siyasi gələcəyi üçün risk kimi qavrayır.

 

2-ci Dünya Müharibəsindən bu yana ABŞ-da 13 dəfə faizin artırılması dövrü olub və bunların 10-u iqtisadiyyatın durğunluğu ilə nəticələnib. Başqa sözlə, Fed ardıcıl faiz artırmağa başlayanda 77 faiz ehtimalla durğunluq baş verir.

 

İqtisadçılara görə, 1 trilyon dollarlıq infrastruktur xərcləri paketilə iqtisadi artımı dəstəkləmək istəyən Trump bu səbəbdən 2020-dəki seçkilər üçün faizin artırılmasını risk kimi görür.

 

VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!

03.05.2017 14:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ