Ən yuxarı statik reklam-3_3

Azərbaycan prezidenti ödəmə qabiliyyətini itirmiş banklarla bağlı fərman imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan prezidenti ödəmə qabiliyyətini itirmiş banklarla bağlı fərman imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev “Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

 

Reklam_3_11

Marja-nın məlumatına görə, Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

 

Həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasına Fərmandan irəli gələn məsələləri həll etmək, Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

 


 

Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası

 

 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 3 may tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.36-cı maddəsinə əsasən hazırlanmışdır və ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi qaydasını müəyyən edir.

 

1.2. Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həmin qeyri-işlək (toksik) aktivlərə mülkiyyət hüququnun, habelə həmin qeyri-işlək (toksik) aktivlərlə birlikdə təqdim olunan onlara dair təminata girov hüququnun özgəninkiləşdirilməsindən ibarətdir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydanın məqsədləri üçün qeyri-işlək (toksik) aktiv dedikdə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarına əsasən qeyri-standart aktiv kimi təsnifləşdirilmiş aktiv, habelə bu aktiv üzrə təminatlar başa düşülür.

 

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənaları ifadə edir.

 

3. Qeyri-işlək aktivlərin təqdim edilmə forması

 

3.1. Qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsindən əvvəl bank tərəfindən həmin aktivlərin qeyri-işlək (toksik) aktivlər kateqoriyasına aid olması barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyi alınır.

 

3.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan rəy 20 (iyirmi) gün müddətində verilməlidir.

 

3.3. Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş mülki-hüquqi müqavilələrə uyğun olaraq həyata keçirilir.

 

3.4. Təqdim edilən qeyri-işlək (toksik) aktivlər digər aktivlərlə birlikdə təqdim olunursa, müqavilədə qeyri-işlək aktivlər barədə məlumatlar ayrıca qeyd olunmalıdır.

 

3.5. Təqdim edilən qeyri-işlək (toksik) aktivlərin dəyəri müqavilə tərəflərinin qarşılıqlı razılığı əsasında müstəqil qiymətləndirici (müstəqil qiymətləndiricilər) tərəfindən müəyyən edilir.

 

3.6. Qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsinə dair müqavilədə ən azı aşağıdakılar göstərilməlidir:

 

3.6.1. müqavilənin tərəfləri, predmeti, məbləği;

 

3.6.2. tərəflərin hüquq və vəzifələri, məsuliyyəti;

 

3.6.3. qeyri-işlək (toksik) aktivlərə ödəmə qabiliyyətini itirmiş bankın mülkiyyət hüququnu yaradan müqavilənin tərəfləri, tarixi, nömrəsi.

03.05.2017 18:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ