Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İslam Həmrəyliyi Oyunlarını simvolizə edən məhsullar satışda

iç səhifə xəbər başlığı altı (mobil)_31
İslam Həmrəyliyi Oyunlarını simvolizə edən məhsullar satışda

Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının Rəsmi promo məhsullarının satışına start verilib.

 

IV İslam Həmrəyliyi Oyunlarının Rəsmi Dəstəkçisi, Məhsullarının Rəsmi Tədarükçüsü və Rəsmi Supermarketi olan "Fresco" Supermarketlər şəbəkəsi Bakı 2017 oyunlarına həsr olunmuş rəsmi promo məhsulların satışına başlayıb.

 

İslam Həmrəyliyi Oyunlarının əsas mövzusunu özündə əks etdirən və simvolizə edən məhsulların üzərində bir sıra idman növlərinin cizgiləri ilə yanaşı, İslam mədəniyyətini özündə ehtiva edən naxışlar əks olunub. Məhsullar arasında oyunların əsas qəhrəmanları olan Qarabağ atları “Cəsur” və “İncə”-nin oyuncaqları xüsusilə diqqəti cəlb edir.

 

Paytaxtımızın sakinləri və qonaqları 10-larla məhsulları "Fresco" Supermarketlər şəbəkəsindən, Milli Dənizkənarı Bulvar, Fəvvarələr Meydanı, Park Bulvar Ticarət Mərkəzi, Bakı Olimpiya Stadionu və oyunların keçiriləcəyi digər idman komplekslərindən əldə edə biləcəklər.

 

Oyunlar müddətində "Fresco" Supermarketlər şəbəkəsinin sosial şəbəkə səhifələrində biletlər və digər dəyərli hədiyyələri qazandıran əyləncəli müsabiqələr keçiriləcək.

 

"Fresco" Supermarketlər şəbəkəsinin kollektivi hər kəsi Azərbaycanda keçiriləcək bu mühüm idman tədbirində idmançılarımıza dəstək olmağa və bu tarixi hadisəyə birgə şahid olmağa dəvət edir.

 

Azeri Retail MMC

Ünvan: Xocalıprospekti 37 Xətai, Bakı, AZ1025

Telefon : +(99477)440 7766 / +(99412)310 0226

Website: www.fresco.az/

Facebook: www.facebook.com/SupermarketFresco/

İnstagram: www.instagram.com/fresco_supermarket/

 

04.05.2017 05:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ