Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Facebook-dan 3 ayda 3 milyard dollar qazanc

iç səhifə xəbər başlığı altı (mobil)_31
Facebook-dan 3 ayda 3 milyard dollar qazanc

Sosial media saytı Facebook-un bu ilin ilk rübündə xalis mənfəəti və gəliri artıb.


 
"Marja" Facebookdan edilən açıqlamaya istinadən xəbər verir ki, şirkətin bu ilin ilk rübündəki xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 76 faiz artımla 3,06 milyard dollara çatıb. Keçən ilin yanvar-mart dövründə şirkət 1,74 milyard dollar xalis gəlir əldə etmişdi.

Reklam_3_11


 
Ötən ilin ilk rübündə bir səhmə 0,6 dollar qazanc əldə edən Facebook, bu ilin ilk rübündə bir səhmə 1,04 dollar mənfəət tutub.


 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!


Şirkətin bu ilin ilk rübündə gəliri də keçən ilin eyni dövrü ilə müqayisədə 49 faiz yüksələrək 8,03 milyard dollara çatıb. Facebook, 2016-nın ilk üç ayında 5,38 milyard dollar gəlir götürmüşdü.


 
Facebook-un reklamlardan əldə etdiyi gəlir də 2016-nın ilk rübündə 5,2 milyard dollardan 2017-nin ilk rübündə 7,86 milyard dollara çataraq 51 faiz artım qeyd edib.


 
Builki ilk rüb reklam gəlirlərinin 85%-ini təşkil edən mobil reklamların payı ötən ilin eyni dövründə 82 faiz səviyyəsində idi.
 


 Aylıq istifadəçi sayı 2 milyarda yaxınlaşıb


 
 Bu ilin yanvar-mart dövründə, Facebook-un gündəlik və aylıq aktiv istifadəçi sayında da artım görülüb.


 
Şirkətin gündəlik aktiv istifadəçi sayı bu ilin ilk rübündə orta hesabla 1,28 milyard nəfər olarkən bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18 faiz yüksəlib.


 
Facebook-u istifadə edən aylıq aktiv istifadəçi sayı isə 2 milyard nəfərə yaxınlaşıb.


 
Şirkətin aylıq aktiv istifadəçi sayı bu ilin ilk üç ayında keçən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq orta hesabla 1,94 milyard nəfərə çatıb.

04.05.2017 05:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ