Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Telia Sonera Azercell-in dolayı səhmdarındakı payını satdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Telia Sonera Azercell-in dolayı səhmdarındakı payını satdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Turkcell səhmdarlarından Telia Sonera, 3 May Çərşənbə günü seans yekununda institusional investorlara 150 milyon səhm satışı həyata keçirib.


 
"Marja" xəbər verir ki, Telia Soneradan edilən açıqlamada satışın Skandinaviya və Baltik ölkələrindəki əməliyyatlara fokuslanma strategiyasının bir hissəsi olduğu ifadə edilib.

Reklam_3_11


 
 GÜNÜN SONU 520 MİLYON DOLLARLIQ SATIŞ


 
Türkiyənin İctimaiyəti Məlumatlandırma Platformasında (KAP) bir açıqlama verilməsə də, bazar mənbələrinin verdiyi məlumatlara görə, satış üçün gün sonunda Bank of America Merrill Lynch, Citigroup və UBS üzərindən 11,42-11,45 TL aralığında əmr yazılıb.


 
 Satılan 150 milyon səhminin qiyməti də təxminən 520 milyon dollardır.


 
 TELIA-NIN BİRBAŞA PAYI 7,2%-Ə DÜŞÜR


 
Satışla yanaşı Skandinaviya telekommunikasiya şirkətinin Turkcell-də birbaşa payı 14,2%-dən 7,2%-ə geriləyir.


 
Telia Sonera-nın Turkcell-də dolayı olaraq da 24 faiz payı var.

 

TURKCELL-İN AZERCELL-İN SƏHMDARININ SƏHMDARINDA PAYI VAR

 

Turkcell Azərbaycanda fəaliyyət göstərən Azercell Telekom şirkətinin dolayı səhmdarlarından biridir.

 

Turkcell də Teliasonera ilə birlikdə Fintur əməliyyatlarından çıxacaqlarını bildirmişdilər. Turkcell 41.45 faiz paya malik olduğu iştirakı Fintur-dakı səhmlərin satışı daxil olmaqla, bir sıra variantlara baxırdı.

 

Turkcell-in Azərbaycan, Qazaxıstan, Gürcüstan və Moldovadakı fəaliyyətini təmin edən Fintur-da 41,45 faiz payı var. Qalan 58,55 faiz səhm isə Teliasonera-ya aiddir. Teliasonera-da Fintur-dakı payını satacağını elan edib.
 


"Azercell" şirkətinin səhmdarı Türkiyənin “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” şirkətidir (100%). Bu şirkət Türkiyənin “Cenay” Şirkətlər qrupuna daxildir.


 
“Azertel”in nizamnamə kapitalının 51.3%-i “Fintur Holdings B.V”yə, 42.2%-i “Cenay İletisim”ə və 6.5%-i Maltanın “FA Invest” şirkətinə aiddir. “Fintur”un dolayı yolla “Azercell”də 51,3% payı var.

04.05.2017 06:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ