Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyonu keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyonu keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Əhalinin illik artım səviyyəsinə görə Avropa məkanında ön cərgədə olan, doğulanların sayının ölənlərin sayını 3 dəfədən çox üstələdiyi Azərbaycanda əhalinin artımı davam edir”.

 

Bunu əmək və əahlinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

 

Nazirin sözlərinə görə, keçən il ərzində ölkə əhalisinin sayı daha 104,4 min nəfər və ya 1,1 faiz artaraq 2017-ci il yanvar ayının 1-i vəziyyətinə 9810,0 min nəfərə çatıb:

 

“Respublikada müsbət demoqrafik proseslər iqtisadi fəal əhalinin sayının da artması ilə müşahidə edilir. 2010-cu ildən hazıradək ölkədə iqtisadi fəal əhalinin sayı 9,1 faiz artaraq 2016-cı il dekabrın 1-nə 5006,8 min nəfərə çatıb. Məşğulluq imkanlarının getdikcə yüksəlməsinin göstəricisi kimi, həmin müddətdə məşğul əhalinin say artımı iqtisadi fəal əhalinin say artımını üstələməklə 9,3 faiz təşkil edib, muzdla işləyənlərin sayı isə 9,5 faiz artıb”.

 

O qeyd edib ki, ötən il ərzində nazirliyin məşğulluq orqanları tərəfindən 56,6 min nəfər münasib işlə təmin edilib, 1,1 min nəfər haqqı ödənilən ictimai işlərə, 3,4 min nəfər peşə hazırlığı kurslarına cəlb olunub, 11 min nəfərə işsiz statusu verilib, 11,6 min nəfərə işsizlik müavinəti təyin edilib: “Hazırda Bakı, Naxçıvan, Göyçay şəhərlərində Regional Peşə Tədrisi Mərkəzləri fəaliyyət göstərir, Gəncə şəhərində daha modern belə bir mərkəz bu il istifadəyə veriləcək. Bu sistemin gələcəkdə regional şəbəkəsinin daha da genişləndirilməsi diqqətdə saxlanacaq”. 

 

© Report

 

04.05.2017 08:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ