Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Yüklər Azərbaycandan Qazaxıstana çox gec çatır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yüklər Azərbaycandan Qazaxıstana çox gec çatır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan beynəlxalq yükdaşımalarında mühüm rol oynayır. Eyni zamanda, Böyük İpək yolunun Azərbaycansız istismarını və inkişafını təsəvvür etmək olmur. Lakin, bəzən bizdən asılı olmayan problemlər də yaranır. Məqsədimiz birlikdə həmin problemləri həll etmək, Asiya ilə Avropanı birləşdirən böyük layihələrin tez bir zamanda həyata keçirilməsinə nail olmaqdır. Bu layihələr bizim inkişafımızda mühüm rol oynayır.

 

Bu sözləri jurnalistlərə açıqlamasında Şərqi Qara dəniz İxracatçılar Birliyinin idarə heyətinin sədri Əhməd Hamdi Gürdoğan söyləyib. O deyib:

 

“Bu gün biz, Türkiyədən, Gürcüstan və Azərbaycandan keçməklə Qazaxıstan və digər ölkələrə gəmi və bərələr vasitəsilə yük daşıyırıq. Batumidən Azərbaycana 12 saata daşınan yüklər, bəzən Azərbaycandan Qazaxıstana çox gec çatır. Buna Xəzər dənizində baş verən qasırğa, hündür dalğalar, bir sözlə, kəskin hava şəraiti səbəb olur. Biz, Xəzər dənizi vasitəsilə beynəlxalq yükdaşımalarının həcmini artırmaq və vaxt itkisinin qarşısını almaq üçün Azərbaycanda mövcud olan loqistik mərkəzlərin inkişafına dəstək vermək, yeni loqistik mərkəzi açmaqla dənizə yeni dalğaqıran gəmilərin buraxılmasını istəyirik”.

 

Əhməd Hamdi Gürdoğan bildirib ki, artıq bununla bağlı Azərbaycana təkliflər verilib və iki gündən sonra Bakıda keçiriləcək Azərbaycan-Türkiyə biznes forumunda da müzakirə olunacaq.

 

© Azərtac

04.05.2017 09:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ