Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Məhsulu sürətlə ixrac etsək, daha yüksək qiymətə sata bilərik”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Məhsulu sürətlə ixrac etsək, daha yüksək qiymətə sata bilərik”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fındıq ixracı ilə bağlı prosedurların sadələşdirilməsi və sürətləndirilməsi üçün bölgələrdə laboratoriyaların yaradılması, laborator analizlərin aparılmasının təkmilləşdirilməsi vacib məsələlərdən biridir. Bu məqsədlə Assosiasiyamız tərəfindən aprelin əvvəlində Dövlət Gömrük Komitəsinə müraciət olunub. Müraciətimiz Komitə rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Yaxın vaxtlarda Zaqatalada belə bir laboratoriyanın yaradılması nəzərdə tutulur.

 

Bu sözləri Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov Zaqatalada müsahibəsində deyib.

 

Fındıqçılığın böyük potensialı olduğunu vurğulayan Assosiasiya sədri bildirib ki, bu sahədə istehsalın və ixracın artırılmasına nail olmaq üçün ixracla bağlı prosedurlar sadələşdirilməlidir. Hazırda ixrac proseduru ən azından 4-5 gün vaxt aparır. İxracla bağlı məsələlərin qısa müddətdə həll olunması, bu prosesin sürətləndirilməsi çox önəmlidir.

 

Assosiasiya sədri deyib ki, Azərbaycan fındıq ixracatına görə dünya ölkələri arasında dördüncü yerdədir. “Hazırda dünya fındıq bazarında çox böyük rəqabət var. Azərbaycan fındığının əsas alıcıları Avropa ölkələridir. İxracat sahəsində hazırkı mövqeyi qoruyub saxlamaq olduqca vacibdir. İstehsal etdiyimiz məhsulu xarici bazarlara daha tez və sürətlə ixrac etsək, daha yüksək qiymətə sata bilərik”,- deyə İsmayıl Orucov bildirib.

 

© Azərtac

04.05.2017 09:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ