Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Əfsanə marka "zibil" oldu!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əfsanə marka  "zibil" oldu!

Beynəlxalq kredit reytinqi agentliyi Moody's İnvestor Service, artan rəqabət səbəbilə gəlirləri və mənfəəti son dövrdə əhəmiyyətli dərəcədə azalan İsveçin telekommunikasiya şirkəti Ericsson-un kredit reytinqini zibil (junk) səviyyəsinə endirib. Ericssonun "Ba1" olan kredit reytinqi  "Baa3"ə salınıb. "Zibil" səviyyə "investisiya yatırıla bilinməz" səviyyəsinə verilən adır.

 
 Moody's 2005-ci ildə də Ericsson-un kredit reytinqini "zibil" səviyyəsinə endirmişdi. 2014-də kredit reytinqi "A3" olan şirkətin reytinqi, son yeddi ayda üçüncü dəfə endirilib.
 
Qərarın Ericsson-un yeni İcraçı Direktoru Borje Ekholmun yeni investisiya planları baxımından risk yaradacağı bildirilir.

Reklam_3_11


 
 Açıqlamadan sonra Ericssonun Stokholm birjasındakı səhminin qiyməti 2.7 faiz düşüb.

 

Şirkətin ötən il xərcləri azaltmaq məqsədilə İsveçdə 3 min nəfəri işdən çıxartdığı və istehsalı tormozlamağı planlaşdırdığı qeyd edilmişdi.

04.05.2017 10:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ