Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR Kanadada LNG bazarına daxil olacaq - biznes genişlənir

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Kanadada LNG bazarına daxil olacaq - biznes genişlənir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xarici ölkərdə genişlənməni davam etdirməyi planlaşdırır. Şirkət xarici ölkələrdəki layihələrinə bu ilin əvvəlinədək 4,487 mlrd.dollar həcmində vəsait yatırıb.

 

Bu barədə  “Natural Gas World”  SOCAR-ın Sərmayələr İdarəsindən məlumat verilib.

 

İnvestisiyanın 3,334 mlrd. dolları Türkiyədəki layihələrə yatırılıb. SOCAR İsveçrəyə 414,5 mln. dollar, Gürcüstana 334,3 mln.dollar, Ukraynaya 280,8 mln.dollar, Rumıniyaya isə 71,3 mln.dollar sərmayə qoyub.

 

İdarənin rəisi Vaqif Əliyev bildirib ki, Şirkət gəlirlərini müxtəlif sektorlar üzrə şaxələndirib: “Neftin qiymətinə baxmayaraq, gəlirli biznes fəaliyyətimizi davam etdirə bilərik. Türkiyədə 2018-ci ildə bir neçə layihəmiz başa çatdırılacaq və bu, SOCAR-ın gəlirləri üçün dönüş nöqtəsi ili olacaq”.

 

V.Əliyev “SOCAR Aurora Fujairah Terminal”ından da danışaraq qeyd edib ki, bu layihə şirkətin fəaliyyətini uzaq bazarlara da genişləndirib. Onun sözlərinə görə, SOCAR 2015-ci ildə bu layihədən 948 mln.manat (532 mln. dollar) qazanıb, bu isə əvvəlki ildən 257 mln. manat və ya 37% çoxdur.

 

“SOCAR Aurora Fujairah Terminal”ı SOCAR, “Aurora Progress” və Fujairah hökumətinin birgə müəssisəsidir.

 

Gürcüstan

 

Gürcüstan SOCAR-ın investisiya yatırdığı ilk xarici bazar olub. 2015-ci ilin sonuna “SOCAR Georgia Petroleum” 3,336 mln. ton yanacaq və benzin idxal edib. Şirkətin Gürcüstanda 114 yanacaqdoldurma stansiyası var. Bura 105 qaz stansiyası, 8 sıxılmış təbii qaz stansiyası (CNG) və 1 LPG stansiyası daxildir.

 

Neft məhsulları ilə yanaşı SOCAR Gürcüstanda təbii qaz sektoruna da cəlb olunub.

 

Rusiyanın Gürcüstana verdiyi qazın qiymətini 180 dollar/1000 kubmetrdən 320 dollar/1000 kubmetrə qaldırmasından sonra rəsmi Tbilisi 2007-ci ildə Azərbaycandan qaz nəqlini xahiş edib. Azərbaycan Gürcüstana 1000 kubmetr qazı 150 dollardan nəql edib. Sonra Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili SOCAR-a 9 region üçün qazpaylayıcı sistemini simvolik olaraq 1 dollar qiyməti ilə idarəetməyə verib. Həmin vaxtdan SOCAR öz fəaliyyətini genişləndirib və bütün regionların qaz paylayıcı sisteminin operatorudur. “SOCAR Georgia Gas” şirkəti 2007-ci ildə yaradılıb və fəaliyyətini genişləndirib. Şirkətin 2015-ci ilin sonuna 500 min abonenti olub. “SOCAR Georgia Gas” 2017-ci ilin sonuna 250 mln. dollardan çox sərmayə yatırmağı planlaşdırır.

 

SOCAR 2009-cu ildən Gürcüstanda ən böyük vergi ödəyicisidir və 2015-ci ildə onun Gürcüstandakı layihələrdən gəliri 748 mln. manat olub.

 

Türkiyə

 

Türkiyə SOCAR-ın ən böyük tərəfdaşıdır. SOCAR 2008-ci ildə “Petkim” neft-kimya kompleksində 2,05 mlrd. dollarla səhmdara çevrilib.

 

SOCAR, eyni zamanda "STAR" neft emalı zavodu (5,67 mlrd. dollar), “Petlim” limanı (400 mln. dollar) və “SOCAR Power” (100 mln. dollar) layihələrini həyata keçirir.

 

SOCAR-ın Azərbaycanın “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsindən hasil olunan ilkin mərhələdə illik 16 mlrd. kubmetr qazın Türkiyəyə (6 mlrd. kubmetr) və Avropaya nəqlini nəzərdə tutan, dəyəri 9,3 mlrd. dollar hesablanan Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) inşası ilə də bağlı bir neçə layihəsi var. Boru kəmərinin son ötürücülük gücü 31 mlrd. kubemetrə çatdırılacaq. Türkiyəyə qaz nəqli 2018-ci ildən həyata keçiriləcək.

 

Hazırda Azərbaycan “Şahdəniz-1” layihəsindən Türkiyəyə ildə 6 mlrd. kubmetr qaz nəql edir. “Cənub Qaz Dəhlizi” QSC TANAP-da 58% paya malikdir (SOCAR-ın QSC-də payı 49% təşkil edir). İllik 10 mln. ton neft emalı gücünə malik "STAR" zavodu 2018-ci ilin I rübündə istismara veriləcək. “Petlim” isə gələn il tam olaraq fəaliyyətə başlayacaq.

 

Hazırda SOCAR-n bir neçə törəmə şirkəti Türkiyədə terminaldan təbii qaz, neft məhsulları və elektrik sektoru kimi müxtəlif sektorlarda aktivdir. Ötən il SOCAR-ın Türkiyədəki layihələrdən gəliri 2,571 mlrd. manat olub, bu isə 2014-cü ildən 375 mln. manat və ya 17,1% çoxdur.

 

SOCAR eyni zamanda 1 078 km-i Türkiyə ərazisində olan (ümumi uzunluq 1 768 km) Bakı-Tbilisi-Ceyhan neft kəmərində 25% paya malikdir.

 

Şirkət 2020-ci ilədək Türkiyədəki investisiyalarının həcmini 18 mlrd. dollar çatdrımağı planlaşdırır.

 

Ukrayna

 

"SOCAR Energy Ukraine” 2008-ci ildə fəaliyyətə başlayıb və hazırda 51 yanacaqdolruma stansiyası var. SOCAR növbəti illərdə bu rəqəmi ikiqat artırmağı planlaşdırır. Bu il mayeləşdirilmiş qazın satışı üçün Ukraynada “SOCAR LPG” şirkətini təsis edib.

 

Rumıniya

 

“SOCAR Petroleum” 2011-ci ildə yaradılıb və hazırda 35 yanacaqdoldurma stansiyası var.

 

Şirkət 2017-ci ildə 10-dan artıq stansiya açmağı və növbəti illərdə onların sayını 100-ə çatdırmağı planlaşdırır.

 

“SOCAR Trading”

 

SOCAR-ın əsas bazarlarından biri İsveçrədir. Şirkət 2012-ci ildə “ExxonMobil” şirkətindən burada 340 mln. dollara 170 yanacaqdoldurma stansiyası və 2 təyyarə yanacağı anbarı alıb.

 

“SOCAR Trading”in ofisi 2008-ci ildə İsveçərədə fəaliyyətə başlayıb. Şirkət 2015-ci ildə 253 mln. barel xam neft satıb. Bu həcmin 166 mln. bareli isə Azərbaycanın öz nefti olub. Ötən il şirkət 14 mln. barel həcmində neft məhsulları da satıb.

 

“SOCAR Trading” bu il Kanadada ofis açıb. Şirkət 2020-ci ilədək LNG bazarına daxil olmaq niyyətindədir.

 

“SOCAR Trading” Almaniyanın “Siemens” şirkətinin də daxil olduğu konsorsiumla Maltada LNG tədarükü, 175 mln. avro dəyərində qazla işləyən elektrik stansiyanın tikintisi üzrə tenderin qalibi olub.

 

©

 

21.12.2016 09:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ