Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bu şirkət borclarını ödəmək üçün 360 milyon manat kredit cəlb edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu şirkət borclarını ödəmək üçün 360 milyon manat kredit cəlb edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət şirkətinin SOCAR qarşısında vaxtı keçmiş öhdəliyi var

 

Reklam_3_11

"Fitch" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin kredit reytinqini açıqlayıb. Emitentin uzunmüddətli defolt reytinqi (IDR) "BB+", qısamüddətli IDR isə "B" səviyyəsində təsdiqlənib. Reytinqlər üzrə proqnozlar neqativdir.

 

Bildirilir ki, reytinqin bu səviyyədə təsdiqlənməsinin əsas səbəbi ASC-nin hökumətlə sıx strateji və əməliyyat əlaqələrinin mövcud olmasıdır. 2015-ci ilin sonuna dövlət şirkətinin borclarının 91%-nə Maliyyə Nazirliyi tərəfindən zəmanət verilib.

 

Proqnozun neqativ olması isə ölkənin suveren reytinqi üzrə proqnoza adekvatdır.

 

"Şirkət Azərbaycan iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edir. "Azərenerji"nin dayanıqsız avtonom profilini nəzərə alaraq demək olar ki, ASC yeni istənilən, o cümlədən planlaşdırılmayan borclanma üçün dövlət zəmanəti alacaq. Bu zəmanət dövlət borcunun strukturuna daxildir. Azərbaycan hökuməti isə öhdəliklərinin yerinə yetirilməsi üçün kifayət qədər vəsaitə malikdir", - deyə məlumatda vurğulanıb.



Agentliyin mütəxəssisləri qeyd edir ki, 2016-2018-ci illərdə şirkətin öhdəliklərinin həcmi stabil səviyyədə qorunacaq. "Fitch" hökumətlə "Azərenerji" mövcud olan hüquqi bağlılıqda heç bir dəyişiklik gözləmir: "Yaxın perspektivdə "Azərenerji"nin özəlləşdirilməsi ilə bağlı hökumətin heç bir planı yoxdur. Hökumət 2009-2015-ci illərdə ASC-nin kapitalına mərhələli şəkildə 970 mln. manat məbləğində yatırım edib. Yatırımın 47%-i investisiya layihələrinin maliyyələşdirilməsinə yönəlib. Biz dövlət büdcəsi hesabına investisiya layihələrinin maliyyələşdirilməsinin davam edəcəyini proqnozlaşdırırıq. Bundan başqa, 2011-ci ildə imzalanan fərmana əsasən, şirkətin kapitalına 172 mln. dollar və 204 mln. avro məbləğində yatırım ediləcək ki, bu vəsait xarici öhdəliklərin yerinə yetirilməsinə yönələcək".


 

"Fitch" bildirir ki, "Azərenerji"nin SOCAR qarşısında olan vaxtı keçmiş öhdəliyinin yerinə yetirilməsi üçün dövlət zəruri dəstəyini verəcək. Bununla yanaşı, hökumət "Azərenerji"yə 360 mln. manat məbləğində aşağı faizli kredit ayıracaq ki, bu vəsait vergi ödənişlərinə yönələcək.

 

© APA

04.05.2017 12:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ