Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın layihəsinə 500 milyon dollar kredit ayıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın layihəsinə 500 milyon dollar kredit ayıracaq

 

Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxmasına baxmayaraq, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsinə 500 mln. dollarməbləğində kredit ayırmağı planlaşdırır.

 

Bu barədə bankın prezidenti Suma Çakrabarti Bloomberg agentliyinə müsahibəsində bəyan edib.

 

“Bank layihə üçün maliyyənin ayrılması prosesində irəliləyir. Direktorlar Şurası cari ilin sonuna qədər yekun qərar qəbul etməyi planlaşdırır”, - deyə S.Çakrabarti bildirib.

 

Azərbaycan, EITI İdarə Heyətinin ölkənin bu təşkilatda üzvlüyünün dayandırılması qərarından sonra, cari ilin mart ayında Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxdığını elan edib.

 

“Azərbaycan və EITI ilə bağlı hadisə həddən artıq məyus edir”, - deyə S.Çakrabarti bildirib ki, “kifayət qədər insan hazırda təşkilatın rəhbər tutduğu meyarlardan narahatlıq duyur”.

 

Bununla belə, bahkın prezidenti vurğulayıb ki, Azərbaycanda iqtisadi və siyasi islahatlar ləngiyir və onların sürətləndirilməsinə ehtiyac var. 

 

© İnterfaks-Azərbaycan

04.05.2017 12:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ