Mobil manşet üstü reklam_21

Marketinq-reklamda "mındar" təcrübə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Marketinq-reklamda "mındar" təcrübə

 

Azərbaycanda yeni restoran fəaliyyətə başlayacaq. Yeni restoranın açılmasında qeyri-adi bir şey yoxdur. Qeyri-adi olan onun adıdır – “Mındar Dönər”.

Reklam_3_11

 

“Marja” xəbər verir ki, restoranın adı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

 

“Azərbaycanın ən mındar dönəri bizim məkanda - Mındar Dönər. Əlövsət Quliyev küçəsi 28A”  - restoranın paylaşdığı postda bildirilir.

 

Restorandan bildirilib ki, “Mındar” sözü “Murdar” sözündən götürülüb.

 

“İstəyə uyğun hər cür mındarlıq olunur. Mındarlıq bizim işimizdir. Gözləntilərinizə uyğun mındarlıqda yemək və xidmət göstərəcəyimizdən əmin ola bilərsiniz”.

 

“Heç bir sanitariya qaydalarına riayət olunmadan, vaxtı keçmiş ətlərdən hazırlanmış Azərbaycanın ən mındar dönəri yalnız bizim məkanda”, restoranın Facebook səhifəsinin “Haqqında” bölməsində yazılıb.

 

İzləyicilər bunu doğru marketinq siyasəti kimi qəbul etməyərək, nemətə murdar deyilməsini düzgün hesab etmirlər. Çoxları bunun zarafat olduğunu hesab edir.

 

Qeyd edək ki, bundan əvvəl “Pizzaland” adlı restoranın pis yozulan ifadəsi geniş müzakirəyə səbəb olmuşdu.

 

“Siz hələ Deşiklərdən çıxan Pizzaların dadına baxmamısınız? İstınilən növ KİÇİK boy pizzanı seç 4.40 AZN ödə, ORTA boy- 5.50 AZN, BÖYÜK boy isə cəmi 7.40 AZN”.

04.05.2017 13:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ