Ən yuxarı (mobil)_30

Xalq Bankdan növbəti lotereya

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xalq Bankdan növbəti lotereya

ASC “Xalq” Bankı nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə plastik kart müştəriləri üçün “Xalq Bank kartı ilə ödəniş qazanclıdır!” adlı növbəti tirajlı lotereyaya start verir.

 

Cari ilin may ayının 1-dən 2018-ci ilin yanvar ayının 10-dək davam edəcək lotereyada ən azı 10 manat (və ya xarici valyutada ekvivalenti) məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri lotereyanın iştirakçısına çevrilirlər. Ödəniş Xalq Bankın POS-terminallarında həyata keçirilərsə 2 elektron bilet, digər bankların POS-terminallarında isə - 1 elektron biletə çevrilir. Elektron biletlərin sayı haqda məlumatı hər iştirakçı Bankın www.xalqbank.az rəsmi internet səhifəsində ala bilər.

 

Lotereyanın şərtlərinə görə hər həftə oynanılan tirajda həftə ərzində ən çox nağdsız ödəniş edən müştərilər “Cinema Plus” kinoteatrlarına biletlər, hər ay oynanılan tirajda isə lotereya proqramı vasitəsilə təsadüfi seçilmiş müştərilər “Sakit Göl” istirahət mərkəzinə istirahət kuponu və xarici ölkəyə səyahət üçün 500 manat dəyərində hədiyyə kuponu qazanacaq.

 

Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Xalq Bankın bütün kartları iştirak edir.

 

Xalq Bankın plastik kartlarını Bankın istənilən filialında əldə etmək olar. Visa Electron/MC Debit, Visa Classic/MC Standard, Visa Gold/MC Gold və Visa İnternet kartları pulsuz təqdim olunur. Plastik kartlar, kampaniya və Xalq Bankın POS terminal şəbəkəsi haqda daha ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək mümkündür.

04.05.2017 13:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ