Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Malayziya ilk, Azərbaycan isə 24-cü yerdədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Malayziya ilk, Azərbaycan isə 24-cü yerdədir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Malayziya Müsəlman turistlər üçün ən yaxşı istiqamət olaraq müəyyənləşdirilib.


 
"Marja" xəbər verir ki, Mastercard və CrescentRating-in hazırladığı "Müsəlmanların Səyahət Seçimləri İndeksi 2017" hesabatına görə, Malayziya, Müsəlman turistlərə şərait yaradan ölkələr sıralamasında 82,5 indeks xalı ilə bu il də ilk sıradakı yerini qoruyub.


 
Siyahıda Malayziyanın ardınca 76,9 indeks xalı ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və 72,6 indeks xalı ilə İndoneziya gəlir.


 
Keçən ilki siyahıda 73,9 xalla üçüncü sırada olan Türkiyə bu il 72,4 xalla dördüncü olub. Azərbaycan siyahıda 24-cü yerdədir. Azərbaycan "Təhlükəsiz səyahət", "Restoran", "İbadət məkanı" və "Viza" meyarları üzrə yüksək xallar alıb.


 
CrescentRating-in fərqli meyar qiymətləndirmələrində, Türkiyə, viza tətbiqi, tranzit keçid, ibadət məkanı olması, hava limanı xidmətləri, təhlükəsiz səyahət və ailə istirahət zonası kimi sahələrdə müsbət xüsusiyyətlərilə ön plana çıxır.


 
Mərkəzi Sinqapurda yerləşən səyahət platforması CrescentRating-in Baş Direktoru Fazal Bahardeen, hər il təxminən 121 milyon Müsəlmanın dünyanın müxtəlif ölkələrinə səyahət etdiyini deyib. Bahardeen, Müsəlman turistlərin səyahətlərdə təxminən 155 milyard dollar xərclədiyi və bunun ümumi turizm iqtisadiyyatına töhfəsinin 10 faiz olduğunu bildirib.
 

Dünya üzrə 130 ölkəni əhatə edən və 2011-ci ildən bu yana aparılan tədqiqatda, halal kəsim, ibadət məkanları, Müsəlman dostu xidmət və tədbirlər iləyanaşı səyahət asanlığı və mübadilə imkanları nəzərə alınır.

 

Hasabat ilə ətraflı buradan tanış ola bilərsiniz.

04.05.2017 14:07

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ