Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hələ də çoxları “bu bir oyundur” deyərək Dolların ucuzlaşmasına inanmasalar da, Manat rəsmi olaraq xeyli dəyər qazanıb. Son iki ayda Manat Dollar qarşısında rəsmi olaraq 11%, banklarda isə 15% bahalaşıb.

 

Digər mənfi bir xəbər isə, bu gün Brent neftinin qiymətinin yenidən 50 dollaran aşağı düşməsidir. Brent nefti 5%-ə yaxın ucuzlaşaraq 48,47 dolları görüb. Neft daha da ucuzlaşarsa, yenidən qara buludlar Manatın başının üstünü ala bilər.

 

- Səhər saat 09:20-də Mərkəzi Bank Mayın 4-nə USD/AZN rəsmi məzənnəsini 1.7024 manat səviyyəsində açıqladı.

 

- Saat 09:30-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin qalxdığı müşahidə olundu. Dolların satış qiymətləri əsasən 1.6850 - 1.7100 manat arasında dəyişdi.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

-Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7026 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Manat çox cüzi ucuzlaşdı.

 

- Hərracdan sonra banklarda Dolların alış və satış qiyətlərinin ciddi dəyişmədiyi müşahidə olundu. Axşam saatlarında Dolları ən baha (1.6810 manata) Bank Avrasiya  alırdı. Dolları ən ucuz (1.6850 manata) satan Amrahbank və Turanbank idi.

 

-Günortadan sonra bu da məlum oldu ki, hərraca çıxarılan 35 milyon dollardan 8 milyon 300 min dolları satılmayıb. Yəni, ümumi məbləğin 26 milyon 700 min dolları satılıb.

 

UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN

 

 - Axşam saat 17:05-də Mərkəzi Bank 05.05.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7026 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu hərracdakı orta çəkili məzənnə ilə eyni idi.

 

Qeyd  edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da Dolların kəskin qalxmasının qarşısını alır. Digər tərəfdən, neft bahalaşır, Azərbaycanın ixracı artır, idxalı isə azalır, valyuta ehtiyatlarımız artır və s.

 

Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Saat 17:00-a banklarda Dollar və Avronun alış-satış qiymətləri

Adı

Dollar

Avro

 

Alış

Satış

Alış

Satış

Access Bank

1.6340

1.7110

1.7807

1.8642

AGBank

1.6450

1.7200

1.7924

1.8827

Amrahbank

1.6750

1.6850

1.8350

1.8600

AtaBank

1.6450

1.7050

1.7650

1.8650

Azərpoçt

1.6550

1.7050

1.7900

1.8650

Azər Türk Bank

1.6550

1.7050

1.8000

1.8850

Azərbaycan Beynəlxalq Bankı

1.6350

1.7200

1.7807

1.8827

Azərbaycan Sənaye Bankı

1.6600

1.7100

1.8100

1.8740

Bank Avrasiya

1.6810

1.7050

1.8150

1.8550

Bank Melli İran Bakı filialı

1.6600

1.7000

1.8300

1.8700

Bank of Baku

1.6650

1.7030

1.7600

1.8600

Bank Respublika

1.6400

1.7050

1.7950

1.8730

Bank Silk Way

1.6650

1.6900

1.8000

1.8500

Bank VTB (Azərbaycan)

1.6500

1.7080

1.7960

1.8670

BTB Bank

1.6700

1.7030

1.8000

1.8580

Caspian Development Bank

1.6300

1.7100

1.7860

1.9200

DəmirBank

1.6500

1.7050

1.7955

1.8605

Expressbank

1.6450

1.7100

1.8000

1.8750

Kapital Bank

1.6700

1.7050

1.7995

1.8685

Naxçıvanbank

1.6300

1.7100

1.7700

1.8680

NBCBank

1.6600

1.6900

1.8000

1.8700

Nikoil Bank

1.6600

1.7050

1.7900

1.8600

Paşa Bank

1.6500

1.7030

1.7920

1.8715

Rabitəbank

1.6500

1.7000

1.7990

1.8730

TuranBank

1.6700

1.6850

1.8200

1.8500

Unibank

1.6600

1.7100

1.7900

1.8584

Xalq Bank

1.6300

1.7100

1.7500

1.8880

Yapı Kredi Bank Azərbaycan

1.6600

1.6930

1.7993

1.8920

Ziraat Bank Azərbaycan

1.6600

1.7030

1.7800

1.8600

 

04.05.2017 19:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ