Ən yuxarı statik reklam-3_3

Bakıda ölçüləri kiçik, imkanları böyük Jeep təqdim olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda ölçüləri kiçik, imkanları böyük Jeep təqdim olundu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda kiçik SUV bazarında rəqabət artır

 

Jeep markasının daha geniş kütlələrə çatmasını təmin edən və böyük rəğbət ilə qarşılanan yeni Renegade modeli ölkəmizdə də satışa təqdim olundu."Marja" xəbər verir ki, Mayın 5-də markanın Azərbaycanda rəsmi distribyutoru "Autolux Azerbaijan" şirkəti Jeep Renegade Trailhawk modelinin təqdimatını keçirib.

 

Şirkətin Ü. Hacıbəyli, 57 ünvanında yerləşən “Jeep” salonunda keçirilmiş təqdimatda bildirilib ki, Renegade Jeep-in model sırasının ən qabiliyyətli balaca SUV-sidir. Markanın ən uğurlu modelləri arasında yer alan Renegade 2.4 litr, 184 at gücündə mühərriklə və 9 pilləli  avtomatik transmissiya ilə  təchiz edilir. Modelin Azərbaycanda  Trailhawk versiyası satışa təqdim olunur.  53 min manat  satış qiymətilə diqqət çəkən Renegade modeli ilə Jeep markası, Azərbaycanda da kiçik və orta SUV sinifində bazar payını artırmağı hədəfləyir.

 

Avtomobili 20 faiz ilkin ödəniş, 17 faiz illik və 5 il müddətinə kreditlə əldə etmək mümkündür.

 

Maksimum 180 km/saat sürətlə hərəkət edə bilən Jeep Renegade modeli, 100 km-də orta hesabla 8.1 litrlik  yanacaq sərfiyyatı ilə də ön plana çıxır.  Renegade 351 litrlik baqaj həcmilə də uzun səyahətlər üçün yetərli yükləmə imkanı təqdim edir. 

 

Qısası, ənənəvi yeddi nəfəslikdən, güclü duruşuna qədər Jeep Renegade sözün əsl mənasında bir Jeep-dir. Renegade, yüksək manevr qabiliyyəti sayəsində, şəhərdə və ya yolsuzluq şəraitində səyahət etmək, yeni yollar kəşf etmək üçün mükəmməl bir avtomobildir.

 

Qeyd edək ki,ərazi vasitələrinin ikon markası olan Jeep, ötən il dünya miqyasında bir milyonluq satış səddini keçmişdir. 

 

"Autolux Azerbaijan" şirkəti Azərbaycanda “Fiat Chrysler Automobiles Group”un rəsmi distribyutorudur.

 

Ətraflı məlumat almaq üçün Ü. Hacıbəyli, 57 ünvanında yerləşən rəsmi satış nümayəndəliyinə və ya 983 qısa telefon nömrəsinə müraciət edə bilərsiniz.

09.05.2017 09:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ