Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“London Taksi"lərinə servis xidməti göstərə biləcək şirkət axtarılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“London Taksi"lərinə servis xidməti göstərə biləcək şirkət axtarılır

“Bakı Taksi Xidməti” MMC “London Taksi TX4” markalı avtonəqliyyat vasitələrinə zəmanət müddətində texniki xidmətin göstərilməsi üçün işlərin (cari və əsaslı təmir) və müvafiq ehtiyat hissələrinin satınalınması məqsədilə tender elan edib.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, tenderdə iştirak üçün müraciət edən şirkətlər  “London Taxi Company” LTD şirkəti tərəfindən avtorizə edilmiş müəssisə olmalı,  satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı,  maliyyə durumu qənaətbəxş olmalı,  satınalma müqaviləsinin icrasını təmin etmək üçün qeyd olunmuş (və bu tenderin əsas şərtlər toplusu ilə daha ətraflı müəyyən edilmiş) müvafiq sahədə peşəkar və təcrübəli olmalı, texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı,  vergilər və digər icbari analoji hökumət ödənişləri üzrə icra vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

 

 Tenderdə iştirak etmək istəyənlər aşağı- dakı məbləğdə iştiraк haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər tоplusunu (Baкı, Nəsimi rayonu, 3007-ci məhəllə) ala bilərlər. İddiaçı tenderdə iştiraк haqqı кimi “Bakı Taksi Xidməti” MMC-nin aşağıda göstərilən hesabına 250 (iki yüz əlli) manat məbləğində vəsait кöçürməlidir.

05.05.2017 06:14

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ