Bakcell Cocuq Mərcanlıda şəbəkəsini gücləndirib

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq burada mobil rabitə şəbəkəsini təkmilləşdirilməyə başlayıb.

 

Qeyd olunan təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlının bərpası işlərində çalışan insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra isə Cocuq Mərcanlının yüksəksürətli mobil internetlə təmin olunması üçün Bakcell burada 3G şəbəkəsinin təkmilləşdirilməsi üzrə işləri uğurla tamamlayıb.

 

“Bizim məqsədimiz Azərbaycanın hər bir bölgəsində yaşayan Bakcell abunəçilərini keyfiyyətli və sərfəli mobil rabitə xidməti ilə təmin etməkdir. Cəbhə bölgələrində yaşayan əhalinin keyfiyyətli mobil rabitəyə olan xüsusi tələbatını nəzərə alaraq Bakcell bu ərazilərdə şəbəkənin keyfiyyətini daim xüsusi nəzarətdə saxlayır. Bununla yanaşı şirkət Cocuq Mərcanlıya köçürüləcək əhaliyə yüksək keyfiyyətli mobil rabitə xidmətlərini xüsusi güzəştli şərtlərlə təqdim etməyi planlaşdırır”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.

 

Qeyd edək ki, hazırda Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

5 May 2017, 09:54   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]