"Caspian Energy" xarici ofislərdə pay iştirakını satışa çıxarır
"Caspian Energy" rəhbərliyi dünyanın 50-dən çox ölkəsində fəaliyyətini təzədən quran və yeniləyən xarici ofislərdə pay iştirakını satmaq barədə qərar qəbul edib.
"Caspian European Club"dan "Marja"ya verilən məlumata görə, satış 3 mərhələdə həyata keçiriləcək.
Birinci mərhələdə Rusiya, Qazaxıstan, Türkmənistan və İrandakı "Caspian Energy" layihəsində pay iştirakının 80%-i, həmçinin Ukrayna və Türkiyədəki layihələrdə pay iştirakının 50%-i satışa çıxarılacaq. İkinci mərhələdə Avropa İttifaqı ölkələrində həyata keçirilən layihələrdə pay iştirakının satışı təşkil olunacaq. Üçüncü mərhələdə isə Yaxın Şərq, Mərkəzi Asiya, Şimali və Cənubi Amerika dövlətlərindəki layihələrdə pay iştirakının satışı reallaşdırılacaq”, - deyə "Caspian European Club" və "Caspian American Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, xarici şirkətlərin ortaq sahibləri müvafiq ölkələrdə və eləcə də onların hüdudlarından kənardakı gələcək fəaliyyətlərinə müsbət təsir göstərəcək böyük imkanlar və imtiyazlar əldə edəcəklər.
"Xarici ofislər müstəqil fəaliyyət göstərəcək, məzmunu əsas nəşrdən fərqlənə bilən "Caspian Energy" jurnalı dərc etmək imkanı əldə edəcək, həmçinin "Caspian European Club", "Caspian American Club" və "Caspian Energy"nin himayəsi altında tədbirlər, o cümlədən aylıq biznes-forumlar, dəyirmi masalar, treninqlər, seminarlar və "CEO-lunch", illik "Caspian Energy Forum" və "Caspian American Forum", habelə beynəlxalq mükafatların təqdimetmə mərasimlərini təşkil etmək hüququ qazanacaq və öz məlumatlarını caspianenergy.media, caspianenergy.news,caspianenergy.info, caspianenergy.photo, caspianenergy.tv və s. çoxsaylı internet layihələrində yaya biləcəklər”.
Bununla yanaşı o qeyd edib ki, "Caspian European Club" və "Caspian American Club"un İdarə Heyətinin tərkibi müvafiq ölkələrdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkət rəhbərlərindən təşkil olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
"CPM-İnvest İnvestisiya Şirkəti"ndə növbədənkənar ümumi yığıncaq keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
17 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
17 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 17 saat əvvəl
-
18 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 18 saat əvvəl
-
20 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir