Rusiyanın sanksiyaları ləğv etməsi Azərbaycana ixracata təsir etməyəcək
Rusiyanın türk məhsullarına qarşı sanksiyaları ləğv etməsi Azərbaycana ixracata təsir etməyəcək.
Bunu Şərqi Qaradəniz İxracatçılar Birliyinin sədri Ahmet Hamdi Gürdoğan bu gün Azərbaycan-Türkiyə biznes-forumunda deyib.
O bildirib ki, Türkiyə-Rusiya münasibətlərində yaşanan böhran müsbət nəticələr də verdi:
"Böhran sonrası Rusiyanın aldığı sanksiya qərarları bizim Azərbaycan ərazisini istifadə etməklə Orta Asiyaya ixracat etməyimizin önünü açdı. Əslində, bu marşrut Rusiyadan Orta Asiyaya gedən marşrutdan çox qısa və sərfəlidir. Türk məhsullarına sanksiyaların götürülməsi bu marşrutun istifadəsinə təsir etməyəcək."
O qeyd edib ki, bu marşurutun da istifadəsində bir sıra problemlər mövcuddur:
"İlk olaraq Xəzərdə güçlü dalğalanma olan zaman səfərlər geçikir. Türkiyədə güclü dalğalara dözümlü gəmi inşa etmə texnologiyaları var. Bunu istifadə etməklə buradakı gəmi nəqliyyatını gücləndirə bilərik".
Onun sözlərinə görə, Qırmızı Körpü keçid məntəqəsində də yüklərin nəqlində geçikmələr yaşanır:
"Türk yük maşınları da gömrükdə vahid pəncərə sisteminə keçməlidir".
A.H.Gürdoğan bildirib ki, hazırda Çin Avropaya yüklərin daşınması üçün yeni ipəkyolu dəhlizinin yaradılması üçün çalışır:
"Türkiyə və Azərbaycan olaraq, biz bu dəhlizin ortasında olmalıyıq. Şərqi və Qərbi birləşdirən dəhliz bizim torpaqlarımızdan keçməlidir".
©Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 d. əvvəl
- 3 d. əvvəl
- 4 d. əvvəl
- 7 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub
-
2 saat əvvəl
Bütün taksitli kredit kartlar bir platformada - ELEKTRON TİCARƏTDƏ YENİLİK
- 4 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Baku Steel Company” QSC Düsseldorfda Azərbaycanı təmsil edir - FOTOLAR
-
17 saat əvvəl
İstehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisənin təlimlərinə dəvət olunur