Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Hava şəraiti qeyri-sabit keçəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hava şəraiti qeyri-sabit keçəcək

Sabah, mayın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeronda gecə 13-16, gündüz 20-25 dərəcə isti, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət 70-80 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağış tədricən kəsiləcək. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

 

ETSN xəbərdarlıq edir ki, mayın 7-dək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. 

05.05.2017 10:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ