Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Bakı Metropoliteni" Almaniyadan 25 eskalator alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bakı Metropoliteni" Almaniyadan 25 eskalator alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Almaniyanın "Thyssenkrupp Elevator" şirkəti "Bakı Metropoliteni" QSC-nin sifarişi əsasında Azərbaycana 25 ədəd yüksəksürətli eskalator göndərəcək.

 

Reklam_3_11

Alman şirkəti müvafiq tenderin qalibi elan olunub.

 

Alınan 8 eskalator "Sahil" və "Xətai" stansiyaları, digər 17 eskalator isə yeni açılacaq stansiyalardan biri üçün nəzərdə tutulub.

 

"Xətai" stansiyası üçün nəzərdə tutulan 4 eskalatorun uzunluğu 48,7 metr təşkil edir və bu, "Thyssenkrupp" tərəfindən indiyədək istehsal olunan ən uzun eskalatorlardır.

 

Şirkətdən bildirilib ki, müqavilənin dəyəri onlarla milyon avro təşkil edir.

 

Yeni eskalatorların quraşdırılması Bakı metrosunun ötürücülük qabiliyyətini 30% artıracaq. Beləliklə, il ərzində metro ilə daşınan sərnişinlərin sayı 222 mln. nəfərə çatacaq.
 

Qeyd edək ki, "Thyssenkrupp Elevator" şirkətinin dünya üzrə 900-dən çox nümayəndəliyi var.

 

Bakı metrosu 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropolitenin iki xətti üzərində 25 stansiya yerləşib. 2030-cu ilədək Bakı metrosunun stansiyalarının sayının 76-ya çatdırılması nəzərdə tutulub.

 

©APA

 

05.05.2017 10:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ