Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

1 milyondan çox sərnişinə xidmət göstərib

iç səhifə xəbər başlığı altı (mobil)_31
1 milyondan çox sərnişinə xidmət göstərib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin yanvar-aprel ayları ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 milyon 62 min sərnişinə xidmət etmişdir ki, bu da ötən ilin analoji göstəricisindən 36 faiz çoxdur.

 

Reklam_3_11

AZAL milli aviadaşıyıcısının payına sərnişinlərin ümumi sayının 594 min nəfəri düşmüşdür ki, bunun da 158 min nəfəri daxili reyslərlə Naxçıvan, Gəncə və Qəbələyə daşınmışdır.

 

904 min sərnişin (85 faiz) beynəlxalq reyslərin payına düşür. Hava limanının beynəlxalq daşımaların ümumi payının 48,2 faizi "Azərbaycan Hava Yolları"-nın, 51,8 faizi xarici aviadaşıyıcıların payına düşmüşdür.

 

İstanbul, Moskva, Dubay və Kiyev əvvəlki kimi ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edir - bu şəhərlərə sərnişin dövriyyəsi sərnişinlərin ümumi sayının 62 faizini təşkil etmişdir. Məşhur istiqamətlərin siyahısına həmçinin Tehran, Tbilisi, Doha və Sankt-Peterburq (sərnişin dövriyyəsinin 12 faizi) daxildir.

 

Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı 28 aviaşirkətə xidmət göstərir ki, onların 5-i loukosterdir.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

 

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülmüşdür.

 

Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.

05.05.2017 11:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ